"Rusiya daha ağır maliyyə problemləri ilə üzləşəcək" - POLİTOLOQ AÇIQLADI

"Rusiya daha ağır maliyyə problemləri ilə üzləşəcək" - POLİTOLOQ AÇIQLADI

“Əslinə baxsaq Rusiya-Ukrayna müharibəsində böyük ölçüdə dəyiklik yoxdur. Yəni başqa sözlə desək Rusiay nə Ukraynanı demilitarizasiya etmək və nasistsizləşdirmək hədəfinə, nə də qısa vaxt ərzində müharibəni qələbə ilə başa vuracağı ilə bağlı hədəflərinə nail olmayıb. Düzdür Ukrayna ərazisinin beşdən biri Rusiyanın işğalı altındadır, amma bu ərazilər elə müharibənin ilk ayında işğal edilən ərazilərdir. Sonrakı müddətdə isə yalnız mövqe dəyişiklikləri baş verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, hansısa kənd və ya qəsəbə tutulur və qısa vaxt ərzində də geri qaytarılır: “Bunun belə olacağı isə əvvəlcədə də məlum idi. Xatırlayırsınızsa mən hələ müharibənin ilk həftələrində elə sizin sayta açıqlamamada ildirmişdim ki, Rusiyanı Ukrayna bataqlığına şəkən Qərb nə əməliyyatların tez başa çatmasına, nə də Putinin öz hədəflərinə çatmasına imkan verməyəcək. Belə də oldu, artıq beşinci aydır ki, müharibə davam edir və hər gün yeni silahlarla təchiz edilən Ukrayna da artıq müharibənin ilk həftələrindəki kimi zəif görünmür. Hətta əks hücum əməliyyatlarını da həyata keçirir. Ukrayna Silahlı Qüvvələrinin rusların hərbi anbarlarına endirdiyi son zərbələr rusların effektiv və uğurlu hücum əməliyyatları həyata keçirməsinə ciddi təsir göstərir. Rusiyanın Donbasdakı hücumu da artıq səngiyib və bu, hələ başlanğıcdır. Nəzərə almaq lazımdır ki, Rusiyanın hələ ki, müharibəni davam etdirmək üçün maddi imkanları mövcuddur, amma bu da daimi deyil. Hələlik dünya bazarında enerji resurslarındakı qiymət artımı və eləcə də Avropanın qəbul olunmuş sanksiyalara yetərli qədər riayyət etməməsi Rusiyaya maliyyə axınını təmin edir. Amma bir müddətdən sonra bununla bağlı da ciddi adımlar atılacaq və nəticə etibarilə Rusiya daha ağır maliyyə problemləri ilə üzləşəcək. Bu addımların anonsları isə artıq verilməkdədir. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons dünən keçirdiyi brifinqdə ABŞ-ın Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək və digər ölkələr tərəfindən ona riayət olunmasına nəzarəti gücləndirmək niyyətində olduğunu bildirib. Bu isə hələ də sanksiayalara riayyət etməyən ayrı-ayrı Avropa dövlətlərinin də ciddi şəkildə sanksiyalara əməl etməyə məcbur ediləcəyi anlamına gəlir.
Göründüyü kimi bu şərtlər altında Rusiyanın öz hədəflərinə çatması mümkün deyil və bunun Putin özü də artıq başa düşür. Müvəqqəti atışkəslər, geri çəkilmələr, fasilələrin elan olunması da məhz elə bu amillərlə bağlıdır. Rusiyanın hədəflərini dəyişməsi və əsas hədəfin Donbasın azad edilməsi olduğunu deməsi də Putinin müharibənin sonrakı inkişafından narahat olduğu anlamını daşıyır. Putin anlayır ki, Rusiya və Ukrayna qüvvələrinin bir-birini sistemli məhv etməyə çalışması müharibənin bundan sonra da aylar, hətta illərlə davam etməsinə gətirib çıxara bilər. Bu isə Rusiya üçün heç də yaxşı nəticələr vəd etmir.
Sülhə gəldikdə isə bu hələ ki real görünmür. Çünki sülh üçün şərait olmaldıır. O şərait isə Rusiyanın müharibə aparmaq qabiliyyətinin olmaması ilə bağlıdır. Yuxarıda da qeyd etdiyim kimi hələ ki, Rusiyanın maliyyə imkanları hələ ki, müharibəni davam etdirməyə imkan verir. Lakin əminəm ki, bu imkanlar tükəndikcə Rusiya əsas hədəfin Donbas olduğunu və bu hədəfə çatdırlaqını bəyan edərək danışılqar masasında oturmağa razılıq verəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə