YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında partiya üzvləri ilə görüşü keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə, ev 100 ünvanlı ərazi partiya təşkilatında rayon təşkilatının sədri Vüsar İsmayılovun partiya üzvləri ilə görüşü keçirilib.Görüşü giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova təşkilatın fəaliyyəti və üzvlərin tərkibi barədə ətraflı məlumat verib. Dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edib. Partiya üzvlərinin bundan sonra uğurlu fəaliyyəti istiqamətində səylə çalışacaqlarını bildirib.Görüşdə çəxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiya üzvlərini salamlayaraq, onları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. V. İsmayılov çıxışında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə davamlı və dayanıqlı inkişafa nail olduğunu bildirib. Məhz bu uğurlu iqtisadi, siyasi, diplomatik fəaliyyətin və ordu quruculuğunun nəticəsində 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığımızı, işğalçıları məhv edərək, torpaqlarımızı azad etdiyimizi diqqətə çatdırıb. İndi işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri sürətlə davam etdirilir, torpaqlarımız əvvəlki görkəminə qaytarılır. Çıxışında partiyada aparılan islahatlara toxunan rayon təşkilatının sədri ötən ilin 5 mart tarixində keçirilmiş Qurultayda qəbul olunan qərarlar haqqında məlumat verib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlara paralel olaraq partiyanın da mühüm uğurlar qazandığını qeyd edib. Rayon təşkilatının fəaliyyətindən və qarşıdan duran vəzifələrdən söhbət açıb, partiya üzvlərini daha da fəal olmağa, partiya işində yaxından iştirak etməyə çağırıb.Daha sonra görüşdə partiya üzvü, Xocasən qəsəbəsi Ağsaqqallar Şurasının sədri Ağayar Məmmədov, partiya üzvü, Xocasən bələdiyyəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şakir Niftiyev, partiya üzvü, Xocasən bələdiyyəsinin üzvü Cəfər Xanəliyev çıxış edərək fikir və təkliflərini bölüşüblər. Partiyanın gələcək fəaliyyətində daha da fəal olacaqlarını və ictimai-siyasi proseslərdə yaxından iştirak edəcəklərini bildiriblər. Görüşün sonunda fikir mübadiləsi aparıldı, partiya üzvlərinin sualları cavablandırılıb. Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş bir qrup gəncin müraciətinə baxılıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...