YAP Şamaxı rayon təşkilatında görüş keçirilib FOTOLAR

29.06.2022-ci il tarixində Şəhid ataları Allahverdiyev Sübhan Eldar oğlu, İbrəhimov Seyidxan İxtiyar oğlu, Bəkirov Əfqan Canəli oğlu, Salehov Fikrət Arif oğlu və Qəniyev İsaman Əlsahab oğlu YAP-ın sıralarına qatılmaq üçün YAP Şamaxı rayon təşkilatına ərizə ilə müraciət etmişlər. Şəhid ataları ilk öncə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı ilə görüşərək söhbət aparmışlar. Söhbət zamanı YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirdi ki,Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları,o cümlədən Yeni Azərbaycan Partiyası tərəfindən şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilməkdədir. YAP Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət göstərilir, onların problemləri, arzu və istəkləri nəzərə alınaraq aidiyyatı üzrə istiqamətləndirlir və problemlərinin həlli nəzarətdə saxlanılır.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Şanlı qəhrəmanlıq dastanı yazdığı vurğulandı. Görüş fikir mübadiləsi və səsləndirilən təkliflərin müzakirəsi ilə davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə