"Nikol Paşinyanın istefasına nail olacaqlarını düşünürdülər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Hazırda Ermənistanda daxili hakimiyyət nisbətən sabitləşib. Bu sabitlənmənin əsas səbəbkarı Rusiyadır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, ermənilər Fransa meydanında çadır şəhərciyi qurmuşlar və orada gecələyərək Nikol Paşinyanın istefasına nail olacaqlarını düşünürdülər: "Amma qəflətən Rusiyadan gələn göstərişlərlə həmin çadırlar yığışdırıldı. Fransa meydanı tamamilə boşaldıldı. Demək olar ki, müxalifətçilərin çıxışları və onların hay-küyləri gözə dəymirdi. İrəvan küçələri və meydanları tamamilə sakit görünür. Nikol Paşinyan növbəti dəfə müxalifət üzərində qələbə çaldı. Bu məsələlərin arxasında Rusiya dayanır və Rusiyanıın birdən-birə niyə bu cür hərəkət etdiyinin dəqiq səbəblərini söyləmək bir qədər çətindir. Müəyyən vaxtdan sonra bunlar ortaya çıxacaq. Görünən odur ki, Rusiya gücünün bir hissəsinin Ermənistana sərf etmək, xüsusilə Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın baş verməsini, bölgədə isti müharibənin yaranmasını istəmirmiş kimi görünür. İndi Rusiyanın qızışdırma prosesi dayandırılıb. Ermənistanda nisbi sakitliyə riayət olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB