“Şuşa bəyannaməsi iki qardaş ölkənin münasibətlərini daha da möhkəmləndirdi” - SİYASİ EKSPERT AÇIQLADI
“Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik bəyannaməsinin imzalanması mühüm əhəmiyyətli tarixi hadisədir. Bir il əvvəl imzalanmış bu bəyannamə iki qardaş ölkənin münasibətlərinin keyfiyyətcə tamamilə yeni bir mərhələyə çıxartdı”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
.jpg)
Onun sözlərinə görə, Şuşa bəyannaməsi münasibətlərin daha da möhkəmləndirilməsi və hərtərəfli dərinləşdirilməsi üçün mövcud olan imkanları daha da genişləndirdi: “Şuşa bəyannaməsi iki ölkənin mənafelərinin dünya miqyasında qarşılıqlı şəkildə əlaqələndirilməsi və inkişaf etdirilməsi üçün nə qədər əzmkarlıq göstərdiyini bir daha sübut edib. Bu bəyannamədə iki ölkənin istər xarici siyasətdə, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı çox mühüm müddəalar var. Şuşa bəyannaməsində Türkiyə və Azərbaycanın xarici siyasətdə əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müddəalar həm dostlarımıza, həm də düşmənlərimizə çox maraqlı mesajdır”.
Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Şuşa bəyannaməsinin imzalanması hər iki dövlətin bir-birinin ərazi bütövlüyünün, siyasi müstəqilliyinin və sərhədlərin toxunulmazlığının dövlət və ictimai mənafelərini nə qədər yüksək dəyərləndirdiyini bir daha sübut etdi. Bu bəyannamənin İkinci Vətən müharibəsindən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından aylar sonra imzalanmasının özü də hələ də Azərbaycan və Türkiyəyə qarşı təcavüzkar niyyətlərini tam kənara qoymamış dövlətlərə mesajdır. İki ölkənin yüksək səviyyəli əməkdaşlıq şurası çərçivəsində əməkdaşlıq etməsi bəyannaməsinin əsas əhəmiyyətindən biridir. Hər iki ölkə üçün çətin hərbi və ya təcavüz vəziyyətin yaranacağı təqdirdə iki ölkənin müvafiq strukturlarınn fəaliyyətinin koordinasiya olunması olduqca əhəmiyyətli müddəalardandır.
Şuşa bəyannaməsi Azərbaycanın və Türkiyənin mövcud əməkdaşlığının və əlaqələrinin qanuni əsaslarını daha da möhkəmləndirməklə bərabər onun perspektivinə də böyük rəsmi imkanlar açır. Bu bəyannamə Azərbaycan və Türkiyənin hazırki səviyyədə mövcud olan hərtərəfli əməkdaşlığını və qardaşlığını yaxın gələcəkdə hərbi və müdafiə, müttəfiqlik səviyyəsinə qədər rəsmiləşdirməyə imkan verir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB