“Sergey Lavrovun səsləndirdiyi bəyanat tamamilə yanlışdır” AÇIQLAMA

“Sergey Lavrovun səsləndirdiyi bəyanat tamamilə yanlışdır” AÇIQLAMA

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdə olarkən ona qarşı etiraz aksiyaları həyata keçirilmişdir. Ümumiyyətlə, antirusiya mitinqləri Ermənistanda vaxtaşırı baş verir”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Lavrovun səfəri zamanı da bu cür etiraz nümayişləri həyata keçirilmişdir: “Eyni zamanda, Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra dərc olunan press-reliz dəyişdirilmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı delimitasiya komissiyasının işi müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Bu məsələlər bir-birindən ayrı tənzimlənir. Buna görə də, Fərrux kəndi ilə bağlı məsələnin Ermənistan - Azərbaycan sərhədlər arası komissiyası ilə eyniləşdirilməsi tamamilə yanlışdır və yolverilməzdir. Çünki Ermənistan Azərbaycan sərhədində gərginliyin aşağı düşməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınması və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı sərhədlərarası komissiya fəaliyyət göstərir və bu komissiyanın fəaliyyəti Rusiya və Avropa İttifaqı tərəfindən dəstəklənir. Hər iki tərəf məsləhətçi qismində yardımçı olmağa öz razılıqlarını ifadə etmişdilər. Buna görə də, sülhməramlıların fəaliyyəti heç bir vəchlə sərhədlərarası komissiya ilə bağlılığı yoxudur. Bu xüsusda Azərbaycan xarici işlər nazirliyi də bəyanat vermişdir”.

İ.Hüseynov o fikri də vurğulayıb ki, yayılan Bəyanatda qeyd olunur ki, proses çərçivəsində Ermənistan Azərbaycan dövlət sərhədindən kənar hər hansısa bir məsələyə o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi əraziləri məsələsinə baxılması nəzərdə tutulmur: “Bu o deməkdir ki, bəyanat tamamilə yalınışdır və Rusiyanın xarici işlər naziri Sergey Lavrov özü də çıxışlarının birində sülhməramlılarla sərhəd məsələsinin eyni olmadığını bildirmişdir. Ona görə də, Sergey Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi bəyanat tamamilə yalnış qiymətləndirilir. Çünki heç bir əlaqəsi olmayan məsələlər üzərində vurğu edilir. Bu baxımdan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən qəbul olunması, iqtisadiyyat, nəqliyyat əlaqələrinin bərpa olunması və sülh müqaviləsinin imzalanması hazırkı durumda əsas prioritet təşkil edir və proseslər arasında hər hansısa eyniliyi formalaşdırmaq qəbul olunmazdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə