Miqrasiya sahəsində atılan yeni və mütərəqqi addımlar müsbət nəticələrini verir TƏHLİL
Azərbaycanın sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması insanların daha yaxşı və təminatlı yaşam tərzinin qurulmasına yeni imkanlar yaradır. 44 günlük Vətən müharibəsində əldə olunan parlaq zəfərdən sonra əhalinin qurub yaratmaq, fəaliyyətini daha da gücləndirmək marağı daha da artıb. Dövlət yeni dövrün tələblərinə uyğun olaraq yeni istehsal sahələrinin yaradılması, zavod və fabriklərin tikilməsi, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni park və xiyabanların salınmasına öz dəstəyini göstərməkdədir. Yeni dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir. Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilib, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsi gəlirləri artıb. Uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb.
Bir sözlə təkzibedilməz fakt ondan ibarətdir ki, ölkəmiz bütün sahələrdə uğurlar əldə edib və möhtəşəm nailiyyətlərə imza atıb. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin işə salınması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, STAR Neft Emalı Zavodunun açılması və Azərbaycanın sayca üçüncü peyki “Azerspace-2”nin orbitə buraxılması həyata keçirilən möhtəşəm layilərdəndir. Təbii ki, bu layihələrin hər birinin icrası minlərlə ölkə vətəndaşının daha firavan və təhlükəsiz yaşamasına xidmət edir. Demokratik proseslərin sürətlənməsi, əhalinin sosial-iqtisdi durumnun daha da yaxşılaşamsı və bunula da ölkəmizə səfər edən şəxslərin sayının ildən ilə artmasına təkan olub. Söz yox ki, xarici turistlərin ölkəmizə axını əsas etibarı ilə Dövlət Miqrasiya Xidmətinin iş əmsalının artmasına gətirib çıxarırır. Müsbət haldır ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti müsbət məcrada inkişaf edir. Xidmətin fəaliyyətinin şəffaflığın təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi turistlərin ölkəmizə gələrkən daha rahat və sərbəst şəkildə qala və istirahət etmək imkanları yaradır. Bu baxımdan, Dövlət Miqrasiya Xidmətinin əsas hədəfi vətəndaş məmnunluğunun təmin edilməsidir. Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu ilə “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlərin sayı artırılmış və əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları prosesi asanlaşdırılmışdır. Dövlət Miqrasiya Xidməti ayrı-ayrı ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq əlaqələrinə malikdir. 2014-cü il də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Readmissiya Sazişinə əsasən 12.000-ə yaxın Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları readmissiyası ilə əlaqədar müraciətləri DMX-ya daxil olmuş və onların müraciətlərinin böyük əksəriyyəti təmin olunmuşdur. Azərbaycana readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli reinteqrasiyasının aidiyyəti dövlət qurumları ilə birgə operativ şəkildə həll edilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrup yaradılıb. İşçi qrupu Azərbaycan Respublikasında yaşayan və ya olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasını, zəruri informasiyanın miqrasiya idarəçiliyi ilə məşğul olan müxtəlif dövlət orqanlarına ötürülməsini, sənədlərin, yoxlama nəticələrinin və reyestrlərin avtomatlaşdırılmış formada saxlanmasını təmin edir. DMX yanında İctimai Şura məqsədyönlü fəaliyyəti ilə seçilir. Brlə ki, Şura Azərbaycan Respublikasından olan 94 nəfər sığınacaq axtaran şəxs və qaçqın üçün dil kursları təşkil etmişdir və təxminən 200 miqranta müxtəlif məsələlərlə bağlı məsləhətlər vermişdir. Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunur. Xaricdən ölkəmizə gələn turistlərin məmnunluğunun yüksək səviyyədə təmin olunması məqsədilə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınma müddətləri 10 gündən 15 günədək artırılıb. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti yaxşılaşdırılaraq, son üç il ərzində iki və ya daha çox miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunma ilə bağlı ölkə ərazisinə gəlmə qadağası aradan qaldırılmışdır. Dövlət Miqrasiya Xidmətində elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məsələsi daim nəzarətdə saxlanılmış, o cümlədən əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Xidmətin yeni mobil tətbiqi - MİGAZ geniş ictimaiyyətə təqdim olunmuşdur. Hazırda, mobil tətbiq üzərindən olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, əcnəbilərin ölkəyə gəlişinə və ya ölkədən çıxışına məhdudiyyətin və müraciət statusunun yoxlanması, olduğu yer üzrə son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, “ASAN viza” və Xidmətin digər istiqamətləri üzrə xidmətlərə çıxış əldə etmək imkanı yaradılmışdır.
Əsas vəzifələrindən biri miqrasiya məsələləri ilə bağlı əhalinin məlumatlandırılması olan Dövlət Miqrasiya Xidməti bununla bağlı mütəmadi olaraq iş aparır, paytaxtda və regionlarda maarifləndirmə tədbirləri və görüşlər təşkil edir. Təkcə ötən il ölkənin 10 ali təhsil ocağında, eləcə də Masallı və Quba “ASAN xidmət” mərkəzlərində, İsmayıllıda “Açıq qapı günü” - vətəndaş forumu, Gəncədə, Ağsuda, Göygöldə, Xaçmazda, Neftçalada, Beyləqanda, Ağdamda, Lənkəranda, Lerikdə, Yardımlıda, Astarada, Cəlilabadda, Biləsuvarda, Şirvanda, Şamaxıda, Lənkəranda, Şəkidə, Zaqatalada, Kürdəmirdə, İsmayıllıda, Qaxda və Yevlaxda ümumilikdə 47 maarifləndirmə-məlumatlandırma tədbiri, 20 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edilmişdir.Sosial şəbəkələrin imkanlarından istifadə etməklə Xidmətin fəaliyyəti barədə məlumatlandırma işini təşkil etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin facebook rəsmi səhifəsi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı fiziki şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş 30.896 sənəd (sorğu) araşdırılmış, onlardan 81 %-nin Azərbaycan Respublikasının vətəndaşlığa mənsubiyyəti tanınmış və müvafiq sənədlərlə təmin olunmuşdur.“Qaçqın” statusu almaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş 376 əcnəbinin (ailə üzvləri ilə birlikdə 671 nəfərin) müraciəti qanunvericiliyə uyğun olaraq araşdırılmış və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul edilmişdir. Ötən ildə 3-cü ölkə vətəndaşlarından qaçqın statusu almış 47 şəxs (ailə üzvləri ilə birlikdə 78 nəfər) Dövlət Miqrasiya Xidmətində qeydiyyatda olmuşdur. Respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən olan qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparılması Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Bir sözlə, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliiyət istiqamətini Ulu Öndər Heydər Əliyev ideyalarına xidmət üzərində qurmaqla, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf strategiyasına mühüm töhfələr verməkdir. Demək olar ki, Xidmət bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdədir.
Nəzakət Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB