Bir sıra hökumət başçıları Əli Əsədovu təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Gürcüstanın, Rusiya Federasiyasının, Macarıstanın Baş nazirləri, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, həmçinin Belarus Respublikasının, Özbəkistan Respublikasının, Qırğız Respublikasının, Serbiya Respublikasının, Polşa Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Litva Respublikasının, Rumıniyanın, Myanma İttifaqı Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, təbrik məktublarında Azərbaycan ilə adıçəkilən ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə