Müstəqillik Günü və “Şuşa ili” ilə bağlı Qaradağda tədbir keçirilib FOTOLAR

26 may 2022-ci il tarixində Sahil qəsəbəsində yerləşən Dənizkənarı parkda Qaradağ rayon icra hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının və 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin təşkilatçılığı ilə Müstəqillik Günü və “Şuşa ili” çərçivəsində ədəbi-bədii kompozisiya və konsert təşkil olundu.

Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin müzvini Təranə İsmayılova, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin sədri Əsgər Məmmədov və birliyin digər üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Əvvəlcə məktəbin şagirdlərinin asfaltüstü və kətan üzərində canlı rəsmlərinə, Qarabağa, Şuşaya aid müxtəlif əl işlərinə baxış keçirildi.
Sonra məktəbin müəllim, şagird heyətinin ifasında xalq mahnıları və Qarabağ barədə nəğmələr səsləndirildi, müxtəlif rəqs nömrələri göstərildi.
Tədbir şagirdlərin ifasında “Qarabağ Şikəstəsi” ilə yekunlaşdı.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...