Avropa İttifaqı-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir - POLİTOLOQ AÇIQLADI

“Avropa İttifaqı ilə münasibətlər Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasındadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.


Onun sözlərinə görə, xüsusilə nəzərə alsaq ki, Ermənistanla davam edən danışıqlar çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel formatı regionda sülhquruculuğu prosesində əhəmiyyətli rol oynamaqda davam edir: “Deməli, qarşılıqlı olaraq Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycan Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi Avropa İttifaqı üçün də prioritet istiqamətlər arasındadır. Düşünürəm ki, növbəti mərhələdə ikitərəfli münasibətlərdə bir çox istiqamətlər üzrə əməkdaşlığın perspektivləri genişlənərək kifayət qədər əhatəli xarakter alacaq. Ona görə də, hazırda Avropa İttifaqı-Azərbaycan münasibətlərinin tarixi perspektivə nəzərən daha sürətli şəkildə yüksələn xətlə inkişaf etdiyini əminliklə ifadə edə bilərik”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə