YAP Abşeron rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ərazi partiya təşkilatlarının fəaliyyətindən bəhs edib. Onlara təşkilati və cari məsələlər, yeni üzvlərin qəbulu, uçot işləri, partiya üzvlərinin fəallığının artırılması, üzvlük haqqı və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyə edib. YAP Abşeron rayon təşkilatının sədri ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb. Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə