Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi – HEYDƏR ƏLİYEV - ŞƏRH
Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsasını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edir. Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə dövlət müstəqilliyini qoruyaraq, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və ölkəmizdə inkişafın təməli qoyulub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yenicə qazanılmış, dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. Qardaş qırğını səviyyəsinə qalxmış qarşıdurmanı dayandıraraq ölkəni sabit inkişaf və tərəqqi yoluna çıxardı. Bu isə Azərbaycana gərgin vəziyyətdən çıxmağa və sivil inkişaf yolu ilə addımlamağa imkan yaradıb. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdı. Əldə edilən bütün bu uğurların əsasında isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda böyük nailiyyətlər qazanıb. Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın dövr ərizində xarabazara çevrilmiş torpaqlarımız bu gün yenidən qurulur və böyük canlanma müşahidə olunmaqdadır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edir, və bunun üçün artıq dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırılır. Şuşamızda möhtəşəm tədbirlər Xarıbülbül festivalı, Zəfər Qurultayı keçirildi. Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı Cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətə çevrilib. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yüksəldən, onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində yaşayır.
Əvəz Qocayev
AAYDA İdarə Heyətinin sədr müavini,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə