YAP rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİR - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Veteranlar Şurasının üzvləri, YAP Təftiş Komissiyasının üzvləri, YAP Gənclər Birliyi, YAP Parlament fraksiyası, ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının sədri, Makedoniya Məclisinin üzvü Beycan İlyas və Əmək və Sosial Siyasət nazirinin müavini Ənvər Hüseyn Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilərək məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.
Daha sonra isə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB