“Ulu Öndərin irsinin öyrənilməsi” FOTOLAR

“Ulu Öndərin irsinin öyrənilməsi” FOTOLAR

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr edilmiş “Ulu Öndərin irsinin öyrənilməsi” adlı tədbiri keçirildi. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, millət vəkili Əliabbas Salahzadənin köməkçisi Hikmət Bünyatov iştirak etmişdir.

Tədbirdə YAP Sabunçu rayon təkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Heydər Əliyevin tərcümeyi-halı da Azərbaycan tarixidir. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

İclasın sonunda YAP Sabunçu rayon təşkilatının "Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 6" ərazi partiya təşkilatının sədri Pərvanə Əzimova Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə