Zəfər Quruıtayı əhəmiyyətli hadisə hesab edilə bilər - MİLLƏT VƏKİLİ AÇIQLADI
“Şuşada keçirilən Zəfər Qurultayı diaspor fəaliyyətində yeni mərhələnin başlanğıcını qoydu. Tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoyub. Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bu prosesdə xaricdə yaşayan gənc azərbaycanlıların da üzərinə böyük vəzifə və məsuliyyət düşür. Bu baxımdan Zəfər Qurultayı bu hədəflərə yeni yol aşan mühüm ictimai-siyasi konseptual əhəmiyyətli hadisə hesab edilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, cənab Prezident diaspor üzvləri qarşısında çox mühüm vəzifələr qoydu: "Xüsusilə də yeni diaspor quruculuğunu əsas avanqard qüvvəsi olan gənclərə xüsusi tövsiyələr verdi. Gənclərimizin zəngin qədim tariximizi və müasir tarixi-siyasi həqiqtləri dərindən bilməsi olduqca vacibdir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır, təmaslar qurur ki, bu mühüm məsələ daha geniş konseptual xarakter alsın. Qurultayda dövlətimizin başçısı tərəfindən müəyyən etdiyi hədəflər tariximizin sistemli bir şəkildə öyrənilməsi, nəsillərdən-nəsillərə olduğu kimi, təhrif edilmədən ötürülməsi baxımından əhəmiyyət daşıyır. “Qurultyada milli-ideoloji konseptual məsələlərə də xüsusi toxunuldu, Azərbaycançlıq ideologiyası, Azərbaycan dili, milli irsimiz və tariximzin dərin tədqiqi ilə bağlı tövsiyələr verildi. “Dövlət başçısı vurğuladı ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox əhəmiyyətli məsələdir. Çünki hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıyıq. Ona görə də yeni nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olmalı, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
A.Hüseynov bildirib ki, qurultay həm də postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı və Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun rolu baxımından da mühüm əhəmiyyət kəsb edir. “Həmçinin, qarşıda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas məsələlərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB