Şuşada qurultayın keçirilməsi qürurvericidir - MİLLƏT VƏKİLİ DANIŞDI
"Dünya Azərbaycanlılarının V qurultayının Azərbaycanın mədəniyyət beşiyi, Qarabağımızın tacı, Qələbəmizin simvolu Şuşa şəhərində keçirilməsi möhtəşəm hadisədir. 30 ildən sonra dünyanın bütün qitələrində yaşayan soydaşlarımızın Şuşada bir araya gəlməsinin həm də rəmzi mənası var. Bu tədbir Şuşanı birlik simvoluna çevrir. Şuşa dünya azərbaycanlılarını birləşdirən şəhərdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun hər qarışı bizim üçün əzizdir: “Amma Şuşanın yeri başqadır. Ordumuzun Şuşada əldə etdiyi qələbə Azərbaycanın bütün mənalarda başını uca etdi, dünya birliyində çəkisini artırdı, beynəlxalq təşkilatları ölkəmizlə hesablaşmağa məcbur etdi. Şuşa ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi diqqətindədir. Qələbədən dərhal sonra Ali Baş Komandan, Qalib Sərkərdə kimi İlham Əliyevin Şuşaya səfərinin çox böyük tarixi əhəmiyyəti var. Ötən il Şuşada “Vaqif poeziya günləri”nin və “Xarı bülbül” beynəlxalq festivalının keçirilməsi, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında "Şuşa bəyannəməsi”nin imzalanması, BMT-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı geni tərkibli görüşün baş tutması, beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyətdə olan xarici ölkə səfirliklərinin nümayəndələrinin Şuşaya və işğaldan azad edilmiş digər rayonlara səfərlərini postmüharibə dövründə ölkəmizin, xüsusən də Prezidentimizin həyata keçirdiyi uğurli siyasətin davamı adlandırmaq olar. Növbədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gələcəkləri möhtəşəm tədbir – Dünya Azərbaycanlılarının V Qurultayıdır. Bu qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu tədbirin baş tutması ilə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın yaratdığı yeni reallıqlarla daha yaxından tanış olacaqlar. Həmçinin bu tədbir dünya ictimaiyyətini Azərbaycan həqiqətləri ilə tanış etməkdə xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Ötən müddət ərzində Azərbaycanda çox böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev həmişə xaricdə yaşayan azərbaycanlılarla maraqlanıblar, diaspor təşkilatlarını dəstəksiz qoymayıblar. Prezident İlham Əliyev IV Qurultayının açılış mərasimindəki nitqində deyib: “Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxarıb. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər”. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini xalqımızın birliyi və həmrəyliyi baxımından mühüm tarixi hadisədir. V Qurultayın Şuşada keçirilməsi hər birimiz üçün qürurvericidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB