Ölkə başçısı müşavirədə bir çox önəmli məsələlərə toxundu - DEPUTAT AÇIQLADI

Ölkə başçısı müşavirədə bir çox önəmli məsələlərə toxundu - DEPUTAT AÇIQLADI

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni geosiyasi mənzərə yaratmışdır. Əvvəla qeyd olunmalıdır ki, artıq münaqişə başa çatmış və Azərbaycan ərazisində "Dağlıq Qarabağ” adlı ərazi mövcud deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur: "44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər Azərbaycan ordusunun, Azərbaycan əsgərinin şücaətini, qəhrəmanlığının bütün dünyaya göstərdi. Artıq bu qəhrəmanlıq dastana dönüb. Şuşa əməliyyatı ilə bağlı olan məsələ isə hələ də heyrətlə dünyanın aparıcı hərbi eksperti tərəfindən danışılmaqdadır. Artıq postmüharibə dövründə də Azərbaycan yeni geosiyasi konfiqrasiyada tikən, quran yaradan bir obrazdadır. Yəni mühariədə qəhrəmanlıq şücaət ilə dünyaya səs salan azərbaycanlı obrazı indi quran, yaradan azərbaycanlı obrazındadır. Ölkə başçısı birinci rübün yekunlarına dair müşavirədə bir çox önəmli məsələlərə toxundu. Onlardan biri də qarabağ və Şərqi Zəngəzurda görülən işlər, orada aparılan quruculuq, tikinti məsələlərinə geniş şəkildə toxundu və o işlər barəsində bəhs etdi. Hal-hazırda bu bölgədə böyük tikinti işləri gedir. Yolların çəkilişi, tunellərin inşası, yeni kənd və şəhərlərin salınması kimi bir çox işlərin hər biri paralel şəkildə aparılır. Həqiqətən də hal-hazırda dünyada ən çox minalanmış bölgə olmasına baxmayaraq orada ən böyük tikinti, yenidənqurma işləri həyata keçirilir. Azərbaycan hər mənada özündən söz etdirməkdədir. Ermənistanla sülh müqaviləsinin imzalanması barədə diplomatik müharibə davam etməkdədir. Burada əsas aparıcı oyuncu Azərbaycandır, Azərbaycan Prezidentidir və bu gün Azərbaycanın təqdim etdiyi 5 şərt Ermənistan tərəfindən qəbul edilib. bütün bunlar mərhələli şəkildə həyata keçirilməlidir. Bu şərtlər təkcə Azərbaycanın yox, həm Ermənistanın özü üçün, həm də bölgə üçün vacib məsələlərdir. Artıq bölgəyə sülh, əminamanlıq, sabitlik gəlməlidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti işləri həm də onu deməyə əsas verir ki, didərgin düşmüş, qaçqın düşmüş insanlar öz torpaqlarına zamanında qayıdacaqlar və bunun üçün hazırlıq işləri davam etdirilir. Bu il ərzində bir qurup insan ağıllı kənd salınmış bölgəyə dönəcək və ilk böyük qayıdışın şahidi olacağıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə