Biz Diaspor Komitəsinin fəaliyyətini müsbət qiymətləndirə bilərik - SABİQ DEPUTAT AÇIQLADI
“2002-ci ilin 5 iyul tarixində Ulu öndər Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi təsis edildi və bu komitənin əsas fəaliyyət növlərindən biri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici dövlətlərin müvafiq qanunvericiliyi də nəzərə alınmaqla xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının həyata keçirilməsi, onların milli varlığının yaşadılması, diaspora təşkilatları arasında əlaqələrin qurulması, xaricdə yaşayanların ana dilinin öyrənilməsinə və onun tətbiqinin genişləndirilməsinə kömək məqsədilə yaradılmışdır”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, bu qurum Azərbaycan dövlətinin siyasətini həyata keçirən bir qurumdur: “Sonradan komitənin adı dəyişdirildi və artıq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi adı kimi fəaliyyət göstərir. Bu komitənin fəaliyyətini biz iki dövrə ayıra bilərik. 2002-ci ildə 2018-ci ilə qədər olan dövrdə sıfırdan başlayaraq qarşısında duran vəzifələri yerinə yetirməyə çalışmışdır. Lakin dövlət siyasətini təbliğ etməklə yanaşı qarşıya qoyulan vəzifələrin həllinə tam nail ola bilmədi. Biz zaman-zaman xaricdə yaşayan diaspora təşkilatlarının çəkişmələrinin, onların bir-birini itdiham etməsinin, Azəbaycanla kifayət qədər əlaqələrin qurulmamasının şahidi olmuşuq. Bu onu deməyə əsas gətirir ki, diaspora üzrə komitə kifəyət qədər üzərinə düşən vəzifələri yerinə yetirməyib. Amma 2018-ci ildən sonrakı dövrdə komitədə aparılan kadr islahatları və yeni sədrin təyinatından sonra yeni komandanın yaradılması onu deməyə əsas verir ki, son 4-5 il ərzində komitə işində xeyli uğur əldə etmişdir. Bu komitə Azərbaycanın dövlət siyasətini həyata keçirən komitə olmaqla yanaşı eyni zamanda Azərbaycana dost münsaibəti bəsləyən digər xalqların diasporaları ilə əlaqələrin qurulmasına nail oldu. Dövlət orqanlarını və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətlərinin təmin edilməsinə nail ola bildi və onların da fəaliyyətlərini mərkəzi icra hakimiyyəti orqanı ilə əlaqələndirə bildi. Bu komitənin son dövrlərdəki uğurları nəticəsində xaricdə yaşayan diaspora təşkilatları arasında münasibətlər tənzimlənib. Artıq diaspora təşkilatları ilə Azərbaycan dövlət orqanları arasında, həmçinin digər təşkilatlar arasında da çox gözəl münasibətlərin qurulduğunu görürük. Qarşıya qoyulan dövlət siyasətinin diasporalar vasitəsilə həyata keçirilməsi də göz qabağındadır. Biz Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirə bilərik. Hesab edirəm ki, hələ bu komitənin üzərinə düşən vəzifələrin tam həyata keçirilməsində müəyyən zamana ehtiyacı vardır və biz bu uğurları görəcəyik. Hesab edirəm ki, komitənin yeni komandasının bu sahədə daha çox işlərin görülməsi, dövlət siyasətinin uğurla icra edilməsi təqdirə layiqdir. Komitə hazırda verilən tapşırıqları və üzərinə düşən vəzifələrin tam həyata keçirilməsinin son astanasındadır. Artıq növbəti qurultaylarda da bu təşkilatlar və diasporalar arasında əlaqələrin daha geniş formada bağlılığının təmin olunmasına nail olacaqdır. İndiki komitənin və rəhbərliyin işləri dövlət və cəmiyyət tərəfindən olduqca müsbət qiymətləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB