ATƏT-in Minsk qrupu artıq öz funksionallığını itirib - POLİTOLOQ AÇIQLADI

ATƏT-in Minsk qrupu artıq öz funksionallığını itirib - POLİTOLOQ AÇIQLADI

"ATƏT-in Minsk qrupu yarandığı gündən etibarən Azərbaycan üçün heç bir praktiki əhəmiyyətli iş görməyib və onun fəaliyyəti göz önündədir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, bu qurum artıq öz funksionallığını itirib: "Lakin ATƏT-in Minsk qrupu daha geniş məfhum, geniş funskiyalı təşkilatdır. ATƏT sədrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə son görüşü zamanı ATƏT-in yeni mərhələdə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti təklif etdi ki, bundan sonra Minsk qrupu yox, ATƏT özü müxtəlif humanitar məsələlərin həlli ilə məşğul ola bilər. Xüsusilə də Azərbaycan və Ermənistan cəmiyyəti arasında dialoqun təşkili və onun faydalı şəkildə aparılmasını təşkil edə bilər. Çünki artıq münaqişə yoxdur. Postmünaqişə dövrüdür və buruda dialoq çox vacibdir. Bu dialoq artıq xarici işlər nazirləri tərəfindən rəsmi şəkildə aparılır. Telefon danışıqları aparılır. Bu danışıqları cənab Prezident, həmçinin Avropa İttifaqı nümayəndəsi də çox yüksək qiymətləndirdi. Əlbəttə bu cür münasibətləri davam etdirmək lazımdır. Bu bizim ölkə üçün önəmlidir. Bu münaqişə ilə ATƏT postmünaqişə dövründə fəaliyyətini göstərə bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə