YAP Yasamal rayon təşkilatının "İnşaatçılar prospekti, 7" ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.
Görüşü giriş sözü ilə başlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, İkinci Qarabağ savaşının cəmi 44 günə qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsində mümkün olub. Bundan əlavə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Cənab Prezidentimiz İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqeyini yüksəltməsi göz önündədir. O, bildirib ki, bu istiqamətdə Yeni Azərbaycan Partiyası, yerli təşkilatları və ərazi ilk partiya təşkilatlarının fəaliyyəti də çox əhəmiyyətlidir.
Sonra çıxış edən "İnşaatçılar prospekti, 7" ərazi ilk partiya təşkilatının üzvü Sevinc Tahirova bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğal altından qurtarılması müasir dövrümüzün ən əhəmiyyətli hadisəsi olmuşdur. Qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atır.
Görüşün sonunda "İnşaatçılar prospekti, 7" ünvanında yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB