“Sevinc kimi, Əli kimi adamlar böyük şairimiz Mirzə Ələkbər Sabirin məşhur satirik obrazları kimidirlər. Xüsusilə, onun "Millət necə tarac olur-olsun, nə işim var, Düşmənlərə möhtac olur-olsun, nə işim var" məşhur misralarındakı obrazların birbaşa özləri olduğunu desək, yanılmarıq”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müxalifət buğdanı çoxdan yeyib cənnətdən çıxanlardandırlar: “Axı insan nə qədər ləyaqətini itirmiş olar ki, onun mənsub olduğu xalqın düşmənlərindən pul alıb, öz millətinə və dövlətinə qarşı əsassız ittihamlar səsləndirər? Hələ bu pulları verənlərin birbaşa erməni lobbisinin təsiri altında olduğunu nəzərə alsaq, artıq buna deyiləcək söz də tapmaq olmur. Siz düşünmək deyirsiniz, amma məncə artıq bunu heç düşünməyə də ehtiyac yoxdur. Belə adamların xaricdəki Azərbaycan və Türkiyə düşmənlərinin əllərində oyuncağa çevrildikləri isbatına ehtiyac olmayan aksiomdur. Onlar Azərbaycan əleyhinə təbliğat kompaniyasını da həmin qüvvələrin təsiri altında davam etdirirlər. Çünki əks-təqdirdə, milyonlar əllərindən çıxa bilər. Amma xalq çoxdan həqiqəti bilir. Əli Kərimli və onun ətrafında olanlar əsassız olaraq qışqır-bağır salırlar. Xarici qüvvələr sədaqəti ilə seçilən müxalifətə pul-para verib, qışqırdırlar. Ancaq uzağa gedə bilmirlər. Çünki boş qazanı danqıldadırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB