Azərbaycan dövləti korrupsiyaya qarşı sistemli mübarizə aparmaqdadır - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan dövləti korrupsiyaya qarşı sistemli mübarizə aparmaqdadır - MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi dair 2022-20226-cı illəri əhatə edən fəaliyyət planını təsdiqləməsi hər şeydən öncə onu göstərir ki, ölkəmizdə korrupsiyaya qarsı mübarizə ardıcıl sistemli xarakter daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, fəaliyyət planının təsdiq olunmasının başlıca məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə tədbirlərində fəal iştirak etməsi və digər istiqamətlərdə daha ciddi nəticələrin əldə olunmasıdır: “Nəzərə almaq lazımdır ki, korrupsiya bütün dünya dövlətlərində müşahidə olunan ciddi bir problemdir. Korrupsiya ümumi milli inkişafa, sosial-iqtisadi tərəqqiyə, özəl sektorun inkişafına, keyfiyyətli biznes mühitinin inkişafına ciddi maneə yaradan amillərdəndir. Beynəlxalq təcrübəyə istinadən Azərbaycan dövləti korrupsiyaya qarşı sistemli mübarizə aparmaqdadır. Ölkə Prezidenti tərəfindən korrupsiyaya qarşı mübarizənin səmərəliliyini şərtləndirən qanunvericilik aktları təsdiq olunmuşdur. Xüsusilə son illərdə dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar karrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi güdür. Müasir innovativ texnologiyalardan idarəçilik sistemində daha geniş istifadə olunması məmur-vətəndaş təmaslarını minumuma endirməkdədir. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizənin ən effektiv yollarından biri də məhz məmur- vətəndaş təmaslarının azaldılmasından ibarətdir. 2022-2026-cı illər üçün sözügedən fəaliyyət planında da həyata keçirilən tədbirlər sırasında məhz dövlət orqanlarında müasir texnologiyaların daha geniş tətbiq olunması nəzərdə tutulur. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamın ən vacib tərəflərindən biri də ondan ibarətdir ki, fəaliyyət planında ifadə olunmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı illik hesabatlar təqdim olunmalıdır. Bu illik hesabat Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına təqdim olunur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə