Erməni təxribatları nə vaxta qədər davam edəcək? - MÜNASİBƏT BİLDİRİLDİ

Erməni təxribatları nə vaxta qədər davam edəcək? - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın Ermənistan üzərində qazandığı qələbədən bir il yarımdan çox vaxt keçir. Amma hələ də erməni tərəfinin təxribatları ilə qarşı-qarşıya gəlirik”. Bu fikirləri SİA-ya açıqlamasında hərbu ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, istər Azərbaycan ərazisində yerləşən sülhməramlı qüvvələrin, istərsə də erməni tərəfinin törətdiyi iğtişaşlar nəticəsində dövlət sərhəddində mütəmadi olaraq atəşkəs pozulur: "Burada təəccüblü bir hal yoxdur. Ona görə ki, biz hələ də Ermənistanla sülh müqaviləsi bağlamamışıq. Yəni hal-hazırda biz müharibə şəraitindəyik. Sadəcə düşməni öz sərhədləri çərçivəsinə qovmuşuq. Onlar orada təxribat törətməklə məşğuldur. Əsas odur ki, Azərbaycanın bölmələri səhrəd boyu ərazilərə nəzarət edir və düşmənin hər hansı bir təxribatına adekvat cavab verməyə qadirdir. Bilirik ki, Ermənistanda hələ də revanşist qüvvələr üstünlük təşkil edir. Paşinyan dövlət rəhbəri olsa da onun nüfuzu çox aşağıdır. Ona görə də atəşkəsin pozulması, təxribatların olması normal haldır. Çünki Ermənistanda nə güclü dövlət, nə də güclü lider var. Ermənistanda kim hakimiyyətə gəlirsə gəlsin onları kənardan hər zaman idarə edirlər. Hər zaman da o qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldurlar.

Bu təxribatların nə zaman bitəcəyi dəqiq deyil. Təxribatların qarşısını almaq üçün sülh müqaviləsi olmalıdır. Son zamanlar Ermənistan geosiyasi fonda sülh müqaviləsi bağlamaq istəyirdi. Amma düşünürəm ki, bu da taktiki addımdır. Ola bilsin ki, Paşinyan hakimiyyəti bunu istəsə də müxalif qüvvələr və Paşinyanın nüfuzunun aşağı olması bunun qarşısını alır. Onlar sözdə sülh müqaviləsini imzalamaq istəsələr də əməldə başqa cür hərəkət edirlər. Sülh müqaviləsi üçün Azərbaycan dövləti 5 şərt irəli sürüb. Ermənistan tərəfi bu şərtləri qəbul etdiyi təqdirdə sülh müqaviləsi imzalana bilər. Hələ ki, bununla bağlı heç bir irəliləyiş yoxdur. Cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Ermənistan bu müqaviləni imzalamaq məcburiyyətində qalacaq. Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə