Bəzi ölkələr Avropa və ABŞ-ı dəstəkləməkdə tələsmirlər. Ölkələrin böyük əksəriyyəti Qərbin hərbi siyasətlərini bəyənmir. Bu barədə İngiltərənin “The Guardian” nəşri də yazır. Nəşr yazır ki, ABŞ-ın misli görünməmiş təzyiqlərinə baxmayaraq, Asiya, Afrika və Latın Amerikası ölkələri Qoşulmama Hərəkatının mövqeyini təkrarlayaraq neytral olaraq qalırlar. Doğrudur, bu nəşrdə qeyd olunanlar Ukraynada hiddət və etirazlara da səbəb olub, amma hər bir halda, tanınmış, məşhur mətbu orqan olan “The Guardian” bunu açıq şəkildə yazıbsa, deməli hansısa əsasa gözə yazıb.
Qeyd edək ki, Ukrayna ərazisinə daxil olan rus hərbçilərdən, Rusiyanın qəddar işğalından baş götürüb qaçan ukraynalı qaçqınların sayının 1 milyona çatmasından sonra BMT Təhlükəsizlik Şurası Baş Assambleyanın təcili iclasını çağırıb. Bu heç də təsadüfi deyildi. Bilirik ki, orada 193 ölkə “Rusiyanın Ukraynaya təcavüzü” ilə bağlı qətnaməni nəzərdən keçirib və 141 lehinə, 35 bitərəf, cəmi 5 səs isə əleyhinə olmaqla böyük səs çoxluğu ilə həmin qətnamənin təsdiqinin lehinə səs verib. Hətta Serbiya və ya Macarıstan kimi Rusiyanın Avropa qitəsindəki ən yaxın müttəfiqlərindən bəziləri də işğalı pisləmək üçün səs verib. “Baş Assambleyanın mesajı uca səsli və aydındır”, deyə BMT-nin baş katibi Antonio Quterreş də açıq-aydın bəyan edib. Maraqlıdır, bu mesaj tam olaraq nədən ibarətdir? Son günlər bir çox şərhçilər Vladimir Putin hökumətinə qarşı Qərbin və dünyanın birliyini nümayiş etdirmək üçün BMT-nin qətnaməsinin qlobal xəritə olduğunu bildiriblər. Lakin Rusiyanın işğalının geosiyasi nəticələrini anlamaq üçün Baş Assambleyanın diplomatik teatrından kənara baxmaq və bu ölkələrin əslində sürətlə artan müharibə ilə məşğul olduqlarını araşdırmaq lazım gəlir. Bunun üçün isə tamamilə fərqli dünya xəritəsindən, yəni ABŞ və onun müttəfiqlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda qlobal iştirak xəritəsindən başlamaq lazımdır.
Etiraf etmək lazımdır ki, bu xəritələr arasındakı kontrast, kəskin fərq bundan daha təəccüblü ola bilməzdi. ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Koreya, İsveçrə, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Tayvan, Sinqapur, Aİ olmaqla, bu genişlənmiş koalisiyadan başqa, çox az ölkə Putin hökumətinə qarşı iqtisadi müharibədə iştirak etmək yolunu seçib. Əksinə, Çin, Hindistan, Braziliya, Banqladeş, Pakistan, İndoneziya olmaqla, dünyanın bir çox ən böyük dövlətləri də buna qoşulmaqdan imtina ediblər. "Biz başqa bir ölkənin atdığı addımları kor-koranə izləməyəcəyik", deyə İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü bu yaxınlarda keçirdiyi mətbuat konfransında bəyan edib. Həmçinin, Latın Amerikası da neytrallıq öhdəliyində olduğu kimi sabit qalır. "Bu müharibənin bizə aidiyyəti olduğunu düşünmürük", deyə öz verdiyi açıqlamasında bəyan edən Meksika prezidenti Andrés Manuel López Obrador, “Biz heç bir iqtisadi repressiya etməyəcəyik, çünki bütün hökumətlərlə yaxşı münasibətlər qurmaq istəyirik”, söyləyib. Argentinanın xarici işlər naziri Santiago Cafiero ölkəsinin yeni sanksiyalar paketində iştirak etməməsi ilə bağlı qətiyyətli mövqeyini bildirib və hətta bəyan edib ki, Argentina BMT-də Rusiyanın hərəkətlərini pisləmək üçün də səs verə bilərdi. XİN rəhbəri onu da vurğulayıb ki, onların sülh və harmoniyaya nail olmaq, yaxud insanların həyatını xilas etməyə kömək edəcək səmimi dialoq qurmaq mexanizminin olduğuna Argentina inanmır.
Latın Amerikasının mövqeyi Afrikada da rezonans doğurub. “Beş əsrdir ki, biz Afrikanı, onun insan və təbii ehtiyatlarını talamaq istəyən Avropa güclərinin əlində “piyada fiquru” olmuşuq. Bu sözləri Imagine Africa İnstitutunun prezidenti və Beynəlxalq Amnistiya Təşkilatının keçmiş baş katibi Pierre Sanet deyir. Ümumiyyətlə, Rusiya ordusunun Ukraynaya amansızcasına irəliləməsi fonunda bir çox məktublar, məqalələr və Twitter şərhləri Putin hökumətinə qarşı çıxmaq istəmədikləri üçün “Qərb Sol”a ünvanlanır. Ukraynanın işğalı Putini təcrid etmək, zəiflətmək və nəticədə Putini devirmək cəhdində Qərbə dəstək olmaq üçün güc və inamla “psevdo-iştirakçılardan” xilas olmaq üçün “sınaq” olaraq qiymətləndirilir.
Sanksiyaların xəritəsi göstərir ki, əslində parçalanma solla sağ arasında, hətta şərqlə qərb arasında da deyil. Əksinə, xəritə Şimal və Cənub arasında, inkişaf etmiş və inkişaf edən deyilən ölkələr arasında bölünməni göstərir və bu tektonik sürüşmə göstərməklə, xəritə bizə çoxqütblülük dövrünün geosiyasəti haqqında vacib şeylər deyə bilər. Nəzərə almaq lazımdır ki, Çinin sürətli yüksəlişi, nəticədə ABŞ-ın reaksiyası bir çox şərhçini yaxınlaşan soyuq müharibəni proqnozlaşdırmağa sövq etdiyi də göz önündə oldu, öz təsdiqini tapdı. Vladimir Putinin buna, bu müharibəyə belə qəflətən başlayacağını çox az adam gözləyirdi. “Putinin Ukraynaya hücumu, təcavüzü amerikalıların tarixində 30 illik fasiləyə son qoydu”, deyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts “The Washington Post” qəzetində yazır. Rusiya və rus mədəniyyəti nümayəndələrinin Qərb institutlarından dərhal qovulması Soyuq Müharibədən sonrakı uzun yuxunun həqiqətən də bitə biləcəyini deməyə əsas verir. “Putinin müharibəsi demokratik hökumətlərə yeni dünyanın reallıqlarını dərk etmək üçün lazım olan soyuq duş effektini təmin etdi”, deyən Qeyts üçün ən yaxşı xəbər odur ki, Bayden administrasiyası artıq soyuq müharibə xəbərdarlığındadır. Sovet İttifaqının dağılmasından sonrakı həmin o uzun 30 illik fasilə zamanı dünya ölkələri, ABŞ-ın tərəfində olmaq və ya tək qalmaq kimi kifayət qədər sadə seçim qarşısında qalıblar. Bəzi ölkələr bu hegemon qüvvəyə qarşı kollektiv müqavimətdə birləşməyə belə çalışırdılar.
Bu gün dünya ölkələri Rusiya və ya Qərb olmaqla yenidən kiminsə tərəfində olmağa çağırılır. Çox keçməz ki, bunun Qərb və ya Çin arasında seçim halına gələcəyi düşünülür. Bunu bütün dünya analitikləri belə hesab edir və belə proqnoz verirlər. Analitiklərə görə, sanksiya xəritəsindən göründüyü kimi, böyük dövlətlər arasında bu qarşılıqlı təzyiq birtərəfli boykot tələbləri əvəzinə beynəlxalq hüququn daha universal tətbiqini tələb edən qoşulmama hərəkatını da yarada bilər. Bu, neytral mövqenin, şübhəsiz ki, nəticələri olar, amma neytrallıq mövqeyi ilə bağlı eyni risklər bu gün də görünməkdədir. Bununla yanaşı, digərlərinə hələ sanksiyalar barəsində düşünülmür. Hələlik çağırışlarla kifayətlənilir. Deməli, hələki Qərb ancaq Rusiyaya qarşıdır, yalnız rusların sıxışdırılması planlaşdırılır. Nəticələrin necə olacağı, sözsüz ki, hadisələrin gedişindən bilavasitə asılı olacaq və bunu indidən söyləmək mümkün deyil. Ən azından, əks halda, yəni Rusiyanın Ukraynadakı təcavüzü ilə bağlı digərlərinin də mövqeyinə görə sanksiyalar düşünüləcəyi təqdirdə ilk sanksiya tətbiq olunan Ermənistan olmalıdır. Daha dəqiq desək, Rusiyanın Ukraynaya qarşı təcavüzünü, işğalını gizli şəkildə də olsa, aşkar da olsa dəstəkləyən Ermənistan ilk növbədə cəzalandırılmalıdır. Ermənistan isə hələlik Qərbin Cənubi Qafqazda iyun meydançasıdır və elə buna görə hələki ermənilərin burunlarının əzilməsi barədə düşünülmür, amma bunun sonsuza qədər davam edəcəyini kimsə təsdiqləyə bilməz. Digər tərəfdən də görünür ki, hələlik Qərb ancaq və ancaq Rusiyaya qarşıdır və Rusiya sanki Qərbin gözündə yalnız düşmən görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB