"İstanbulda Rusiya-Ukrayna danışıqlarına gedən Rusiya nümayəndə heyəti danışıqların ilk günündən sonra Ukraynaya qarşı qarşıdurmanı azaltmaq üçün iki addımı açıqlayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, Kiyev və Çerniqov istiqamətlərində hərbi fəaliyyətdə ciddi azalma olacaq, həmçinin Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında eyni vaxtda görüş keçirilə bilər: "Rusiyanın daha öncəki silahsızlaşdırma və denasizm şərtləri ləğv edilib. Görüşün keçirildiyi gün Ukrayna ilə savaş davam etsə də, bəzi istiqamətlərdə səngimə müşahidə olunub. Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı hərbi təcavüzdə taktikanı dəyişdiyini rəsmən elan edib.
Rusiya komandanlığı Kiyev və Çerniqov istiqamətlərində “hərbi aktivliyin kardinal şəkildə ixtisar edilməsinə” dair qərar verib. Lakin digər istiqamətlərdə hücumlar davam edir. Bu addımı bir tərəfdən güzəşt kimi qəbul etsək də, digər tərəfdən Rusiyanın hərbi gücünün tükənməsi kimi də başa düşmək olar. Kreml üçün paytaxtı işğal etmək əhəmiyyət daşımır. Hücumun başlandığı ilk vaxtdan “A” planının hədəfləri Krıma su təchizatını təmin etmək, Ukraynanın Dnepr çayından şərqdəki hissəni işğal edərək həm hakimiyyət dəyişikliyinə təkan vermək, həm də qarşı cəbhəni masada istədiyi şəkildə manipulyasiya etmək idi. Hərbi imkanlar yol versəydi Moskva “B” planını işə salacaqdı. Kiyevə hücum səngidiyi üçün görünür ki, resurs qıtlığı yaşanır. Danışıqlardan təbii ki, müharibənin bir anda bitməsini gözləmək sadəlövhlük olardı. Lakin vasitəçilik təşəbbüsləri ilə gələcək danışıqlar proseslərində də şərtlər yumşaldıraq ciddi nəticələrə hasil olmaq mümkündür".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB