Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir - Ərdoğan
Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.
SİA-nın məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub.
"Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin", - deyə R.T.Ərdoğan əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB