31 mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb - FOTOLAR
Xocavənd qəsəbəsində 31 mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb. SİA-nın verdiyi məlumata görə, 31 Mart azərbaycanlıların soyqrımı günü ilə əlaqədar “Yeni Xocavənd” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, partiya aktivləri, hüquq-mühafizə orqanlarının rəhbərləri , rayon ictimaiəti Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB