İstanbul görüşü – Rusiya və Ukraynadan Türkiyə xarici diplomatiyasına jest ANALİTİK+AKTUAL

İstanbul görüşü – Rusiya və Ukraynadan Türkiyə xarici diplomatiyasına jest ANALİTİK+AKTUAL

Rusiya ordusunun Kiyev və Çerniqov vilayətlərindən çıxmasını qarşılıqlı etimadın və inamın artması nəticəsində baş verdiyini bəyan etdi

Rusiya ordusu Ukrayna cəbhəsinin Kiyev cə Çerniqov istiqamətindəki hərbi fəallığını kardinal şəkildə məhdudlaşdıracaq. SİA Meduza Informasiya resursuna istinadən xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının başa çatmasından sonra bu barədə bəyan edib.

Rusiyanın hərbi idarəsinin nümayəndəsi vurğulayıb ki, sözügedən qərar “qarşılıqlı etimadın və inamın artması nəticəsində” verilib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Baş Qərargahı Rusiya silahlı qüvvələrinin Kiyev və Çerniqov vilayətlərindən hissə-hissə çıxardığını bəyan etmişdi.

Rusiya və Ukrayna Türkiyənin vasitəçi kimi barışıq yaratmaq cəhdlərini yüksək qiymətləndirirlər

Əgər məlumat hər iki tərəfdən təsdiq olunursa, sözügedən razılaşmanın əldə olunması Ankaranın Moskva və Kiyev arasındakı vasitəçiliyinin önəm kəsb etdiyini isbatlayır. Eyni zamanda, Rusiya və Ukrayna Türkiyənin vasitəçi kimi barışıq yaratmaq cəhdlərini yüksək qiymətləndirməklə bu ölkənin xarici diplomatiya idarəsinə, bütövlükdə isə ölkə rəhbərliyinə, Prezident Rəcəb Tayyib Ərdoğana tərəf müsbət jest kimi nümayiş etdirirlər. Hər halda, reallıq da bunu göstərir.

Bu arada, başa çatan danışıqların nəticələrinə görə, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiyanın da fikirləri diqqət çəkir. BBC-nin məlumatına görə, Araxamiya müharibənin başa çatması üçün Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı fikirlərini çatdırıb.

Ukraynanın təhlükəsizlik qarantları kimi hansı ölkələr çıxış edə bilərlər?

Belə ki, razılaşma beynəlxalq səviyyədə qəbul edilməli və bütün təhlükəsizlik qarantları tərəfindən imzalanmalıdır. Ukrayna tərəfi təhlükəsizlik qarantları kimi Türkiyəni, İsraili, Çini, ABŞ-ı, Kanadanı, İtaliyanı və Polşanı təklif edib.

Bəzi ölkələr isə artıq öz razılıqlarını veriblər. Razılaşmalara əsasən, əgər Ukraynaya qarşı müharibə baş verərsə, qarant ölkələr üç gün ərzində məşvərət aparmalı, daha sonra isə Ukraynaya köməklərini təqdim etməlidirlər.

“Bu təklif qəbul olunmayıb, biz onu Rusiya tərəfinə təqdim edəcəyik. Onlardan cavab gözləyəcəyik”, deyə Araxamiya bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə