Türk dünyasının 2022-ci il üzrə mədəniyyət paytaxtı Bursa şəhərində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu çərçivəsində “TDT-nin üzv ölkələrində diasporların hazırkı vəziyyəti və perspektivləri” mövzusunda panel iclası keçirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Panel iclasında Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə keçirilən iclasda Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qırğızıstanın Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov, Qazaxıstanın “Vətəndaşlar” Fondunun vitse-prezidenti Magauiya Sarbassov və Özbəkistanın Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov mövzu ətrafında fikirlərini bölüşüb, türk dünyasının diaspor birlikləri arasında səmərəli əlaqələr formalaşdırmaq və onları daha da genişləndirmək üçün təkliflər irəli sürüblər.
Çıxışlarda türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması, latın əlifbasına tam keçid, türk xalqlarının dillərinin öyrənilməsi istiqamətində vahid strategiyanın formalaşması, yaradıcı və milli məsələlərdə fəallığı ilə seçilən şəxslərin mükafatlandırılması və digər təkliflər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, İsmayıl bəy Qaspiralının “Dildə, fikirdə, işdə birlik!” çağırışı tarixdə olduğu kimi, müasir dövr üçün də aktual fəaliyyət istiqamətidir.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə üçün mühüm məsələlərdən biri kimi milli diaspor strukturlarının formalaşdırılmasının təxirəsalınmaz vəzifə olaraq müəyyən edildiyini vurğulayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev bu sahənin formalaşmasına və inkişafına xüsusi diqqət göstərib, bu istiqamətdə mühüm qərarlar qəbul edib. Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolu və diaspor sahəsində qarşıdakı vəzifələrdən danışan komitə sədri deyib ki, Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi tədbirin mühüm məqamlarından hesab olunur. “Qırx dörd günlük Vətən müharibəsində Türk Dövlətləri Təşkilatı bizə dəstək göstərdi, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdi. Təşkilatın əsas prinsiplərindən biri də məhz türk dövlətlərində, eləcə də regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Vətən müharibəsi nəticəsində imzalanan üçtərəfli Bəyanatdan irəli gələn əsas prioritet Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz həm Azərbaycan, həm region və ən əsası, türk dünyasının imkanlarını artıran və birləşdirən əsasən strateji yoldur.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren çıxışlarında iki qardaş ölkənin diaspor təşkilatları arasında sıx əməkdaşlıq və qazanılan səmərəli nəticələr barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu qardaşlıq münasibətləri İkinci Qarabağ müharibəsində daha da genişlənib və böyük təsirə malik olub.
Çıxışlarda vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunda müzakirə olunan məsələlər ümummilli maraqları əks etdirir. Mədəniyyət, elm və təhsil, humanitar və digər sahələrdə həmrəylik və qarşılıqlı dəstək mühüm fəaliyyət kimi dəyərləndirilib.
Tərəflər milli diaspor təşkilatlarının funksiyaları və fəaliyyəti, strategiya və nəticələr barədə geniş məlumatları bölüşüblər.
Qeyd edək ki, 12 ölkədən 70-dək nümayəndəni bir araya gətirən Bursa Forumu işini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



