Antalya Diplomatik Forumu Azərbaycan üçün çox uğurlu keçib - DEPUTAT ŞƏRH ETDİ
"Antalya Diplomatiya Forumu bir çox vacib beynəlxalq görüşlərin, panellərin keçirildiyi bir məkana çevrilib". Bu sözləri SİA-ya açıqlmasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, dünyanın tanınmış siyasət və dövlət adamları Türkiyəyə toplaşaraq bu forumda iştirak etdilər: "Burada dövlət xadimləri, deputatlar, nazirlər, siyasətçilər, diplomatlar iştirak ediblər. Antalya Diplomatiya Forumunda qlobal dünyada baş verən siyasi proseslər, regional məsələlər, konfliktlər və bunlardan çıxış yolları müzakirə edildi. Bildiyimiz kimi Azərbaycan da bu foruma qatıldı. Antalya Diplomatiya Forumu çox uğurlu bir platformaya çevrilib. Düşünürəm ki, bu foruma maraq hər il daha da artacaq. Bu forum hətta gələcəkdə dünyada baş verən hadisələrin həll olunması məkanına çevriləcək. Forumda dünyanın çox tanınmış siyasətçiləri, beyin mərkəzlərinin rəhbərləri, yüksək səviyyəli alimlər iştirak edib. Bu foruma maraq çox böyükdür. Antalya Diplomatik Forumu Azərbaycan üçün çox uğurlu keçib. Nəticə etibarilə bu forumun əsas şüarı "yenilikçi əsas diplomatiya, yeni dövr, yeni yanaşmalar" olub. Hər il bu forumun nüfuzu artacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB