Qərb Rusiyanı Ukraynanın vasitəsilə tələyə saldı - POLİTOLOQ AÇIQLADI

Qərb Rusiyanı Ukraynanın vasitəsilə tələyə saldı - POLİTOLOQ AÇIQLADI

"Rusiya öz maraqlarına çatmayana qədər hər hansı bir sülh müqaviləsi imzalamayacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiyanın əsas marağı Ukraynanın Krımı Rusiyanın tərkib hissəsi kimi qəbul etməsidir: "Bundan əlavə olaraq Donbas və Luqansk respublikalarının müstəqilliyini tanımalıdır. Bu çox ağır şərtdir. Hətta bu da azmış kimi orada millətçiliyi tam aradan qaldırmaq və neytral dövlət statusundan keçirmək istəyir. Amma bu ümumiyyətlə Ukraynada mümkünsüzdür. Ukrayna prezidenti Volodimir Zelenski bu məsələləri nəzərə almadan hərəkət edir. Rusiya bu müharibəni davam etdirəcək. Çünki Rusiyanın da başqa bir şansı yoxdur. Doğrusu, burada "pat" vəziyyəti yaranıb. Qərb Rusiyanı Ukraynanın vasitəsilə tələyə saldı. Bu, ABŞ və İngiltərənin hazırladığı çox yüksək səviyyəli bir ssenari idi. ABŞ bununla demək olar ki, bütün maraqlarını təmin edə bildi".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə