Hərkəs bu Forumu maraqla və böyük ümidlə gözləməkdədir - ŞƏRH EDİLDİ
“Antalya Diplomatiya Forumu liderlərin, siyasətçilərin, elm adamlarının, diplomatların, nüfuzlu iş adamlarının bir araya gələrək qlobal və regional məsələləri müzakirə etməsi, həll yollarının müəyyən edilməsi üçün hazırlanmış bir dialoq platformasıdır. 2021-ci ildə ilk dəfə keçirilmiş Antalya Diplomatiya Forumu dünyanı cənginə almış COVİD-19 pandemiyasına rəğmən bir çox dövlət və hökumət baçısının da qatıldığı 2 minə yaxın iştirakçını bir araya gətirə bildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, bu ilin 11-13 mart tarixlərində keçiriləcək forumun əsas başlığının “Diplomatiyanın Yenidən Qurulması” olması hazırda dünyada gedən geosiyasi proseslərə çevik və həll yönümlü töhvələr verməyi hədəflədiyini göstərir: “20 dövlət və hökumət başçısı, 70-dən artıq baş nazir, 50-yə yaxın beynəlxalq təşkilat, 200-dən artıq media nümayəndəsinin də qatıldığı forumda 2500-dən çox iştirakçı dünyanın və regionun taleyüklü məsələlərini müzakirə edəcəklər.
Sayca ikincisi keçiriləcək forum gənc olmasına baxmayaraq artıq dünyada mövcud olan Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi mötəbər qurumlar arasında öz layiqli yerini almaqdadır. Təbii ki, belə bir önəmli forumun Azərbaycana dost və qardaş olan Türkiyə tərəfindən düzənlənməsi ölkəmiz üçün bir çox cəhətdən müstəsna önəm daşıyır.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin Türkiyə ilə olan münasibətləri belə dəyərləndirmişdir: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir. Aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin beynəlxalq ictimaiyyətə və birbaşa rəsmi dairələrə çatdırılması, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu çox əlverişli platformadır.
Dünyada cərəyan edən mürəkkəb və insanlığı təhdid edən pandemiya, iqtisadi problemlər, enerji problemləri və müharibələr fonunda Antalya Diplomatiya Forumunda iştirak edən dünya liderlərinin və söz sahiblərinin birbaşa dialoq quraraq alacaqları qərarları hər kəs maraqla və böyük ümidlə gözləməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB