Prezidentin parlamentdəki tarixi çıxışı çox vacib bəyanatlarla yadda qaldı - DEPUTAT ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin 2020-ci il mart ayının 10-da parlamentin ilk iclasındakı tarixi çıxışı parlamentin gələcək fəaliyyəti üçün bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Belə ki, ölkə başçısı həmin çıxışda dövlətimizin qarşısında duran taleyüklü məsələlər, gələcək perspektivlər, ələlxüsus parlamentin gələcək fəaliyyəti, deputatların üzərinə düşən öhdəliklər barəsində bütün sahələri əhatə edən bir çıxış etdi". Bu sözləri SİA-ya açıqamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, bu çıxışın vacib məqamlarından biri də çoxpartiyalılıq sistemi, partiyaların parlamentdə təmsil olunması və ilk dəfə olaraq artıq həm müxalifət partiyasının, həm müstəqil deputatların Milli Məclisin sədr müavini seçilməsi məsələsi oldu: "Eyni vaxtda bütün parlamentdə təmsil olunan siyasi partiyaların deputatları komitə sədrləri və sədr müavinləri seçildilər. Onlar həm müstəqil deputatlardan, həm də müxalifət deputatlarından ibarət idi. Bu artıq həm də siyasi plüralizm, demokratik islahatların bir hissəsi sayılmalıdır. Çünki bir neçə ildir ki, artıq ölkəmizdə cənab Prezident tərəfindən geniş spektorlu islahatlar paketi təqdim olunub. Bu islahatlar bütün sahələri əhatə edir.
Növbədənkənar parlament seçkilərinin keçirilməsi nəticəsində bu dövrlərdə artıq parlamentə də yeni nəfəslər gəldi. Gənclərə böyük önəmin verilməsinin səbəbi də budur. Altıncı çağırış Milli Məclis çox çətin dövrdə fəaliyyət göstərdi. Bu bütün dünyanı cənginə almış pandemiya ilə bağlı məhdud fəaliyyət nəticəsində həmin dövrdə Milli Məclisin deputatları çox gərgin bir qrafiklə işlədilər. Bir çox qanunların qəbul olunması və bu qanunların hər biri bugünkü tələblərə cavab verməlidir. Ümumiyyətlə 2020-ci il mart ayının 10-da cənab Prezidentin parlamentdəki tarixi çıxışı həm Milli Məclisin üzvləri üçün, həm də Azərbaycan xalqı üçün çox vacib fikirlərlə, bəyanatlarla yadda qaldı. Düşünürəm ki, Azərbaycan Parlamenti bu tarixi missiyyanı uğurla davam etdirmək üçün çalışacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB