44 günlük Vətən müharibəsi dövründə cəmiyyət və hakimiyyət birliyi... - SİYASİ EKSPERT ŞƏRH ETDİ
“Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bir neçə nöqteyi-nəzərdən Dünya Birliyi üçün maraqlıdır. Birincisi, Azərbaycan 30 il ərzində beynəlxalq təşkilatların həllinin mümkünsüz saydığı problemi cəmi 44 gün ərzində həll etməsi dünya üçün çox maraqlı bir hadisədir. Bəlkə də dünyanın böyük bir hissəsi hesab edirdi ki, Azərbaycan bu problemi öz gücü ilə həll edə bilməz. Amma bütün dünya gördü ki, doğurdan da Azərbaycan bu problemi öz gücünə həll edə bilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ikincisi, Azərbaycan 44 günlük Vətən müharibəsində 21-ci əsr üçün xarakteri olan texnoloji müharibənin müəyyən elementlərini nümayiş etdirdi: “Azərbaycanın müasir texnoloji avadanlıqlarla apardığı müharibə bütün dünya üçün çox maraqlı oldu. Çünki bütün dünya gördü ki, müasir texnologiyalardan istifadə etmək çox böyük effekt verdi. Fakt da budur ki, müharibədən ötən bir il yarım müddətində müxtəlif ölkələr rəsmi səviyyədə etiraf ediblər ki, Azərbaycanın 44 günlük müharibə dövründə istifadə etdiyi hərbi texnoloji üsullardan bəhrələnmək olar. Bundan əlavə 44 günlük Vətən müharibəsində Azərbaycanın nümayiş etdirdiyi ən böyük yeniliklərdən biri ölkədə cəmiyyətin, hakimiyyətin, ictimaiyyətin, siyasi strukturların birliyi modeli idi.
Bəlkə də kimlərsə Azərbaycanın müharibəyə başlayacağı təqdirdə ölkədə hakimiyyət ilə cəmiyyət arasında, iqtidar ilə müxalifət arasında böyük qarşıdurmalarla müəyyən proqnozlar verirdilər. Amma baş verən hadisələr göstərdi ki, onlar yanıldı. Ölkədə dövlət ilə cəmiyyət, hakim partiya ilə müxalif partiyaların arasında müəyyən problemlərin yaranacağı ilə bağlı verilən proqnozlar özünü doğrultmadı.
Praktika göstərdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə qalib gəlmək üçün çox vacib olan cəmiyyət və hakimiyyət birliyini təmin edə bildi. Bu da hesab edirəm ki, dünya üçün bir yenilikdir. Çünki bütün dünya görür ki, doğurdan da ölkə Vətən müharibəsi apardığı təqdirdə cəmiyyət ilə dövlətin bir olmadığı təqdirdə heç vaxt qalib gəlmək mümkün olmaz. Azərbaycan cəmiyyətin və hakimiyyətin Vətən müharibəsi modelində qalib gəlməyinin mütləq bir hökm olduğunun nümunəsini yaratdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB