“44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan parlaq qələbə qazandı və ərazi bütövlüyümüz təmin olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı: "Müharibə bitdikdən bu günə qədər Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar törədilib. Birincisi unutmamalıyıq ki, Ermənistanın daxilində revanşist ritorika ilə çıxış edənlər hələ də var. Ermənistanın keçmiş prezidentləri Serjik Sarkisyan və Robert Kaçaryan, onların ətrafında birləşən bir sıra radikal, revanşist düşüncəli qüvvələr mövcuddur. Əlbəttə Ermənistan bu kimi təxribatları törətməklə varlığını nümayiş etdirmək istəyir.
10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli bəyannamələr Azərbaycanın milli maraqlarına uyğundur və Azərbaycanın diplomatik uğuru ilə nəticələnmişdir. Amma Ermənistan bununla nəyəsə nail ola bilməyəcək. Çünki dəmir yumruq öz qüvvəsindədir. Azərbaycana qarşı hər hansı bir təhdid hiss olunarsa, bunun qarşısı qətiyyətlə alınacaq. Bu günə kimi Ermənistanda törədilmiş bütün təxribatlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb və düşmənə layiqli cavab verilib".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB