Prezident ölkə gəncliyinin əvəzolunmaz dəstəkçisidir

Prezident ölkə gəncliyinin əvəzolunmaz dəstəkçisidir

Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, regionda aparıcı siyasi liderdir. O, mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələd olan liderimizin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. İlham Əliyev beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Bütün bu fikirlərin fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev sözün həqiqi mənasında uzaqgörən siyasətçi, Azərbaycan tarixinin qalib, müzəffər sərkərdəsi və ölkə gəncliyinin əvəzolunmaz dəstəkçisidir.

Liderimizin bir sitatını xatırlayaq: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bu sitat dəfələrlə öz təsdiqini tapıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində əzəli torpaqlarımız işğaldan azad olundu. Liderimiz dinamik dünyanın nəbzini əlində saxlayır, beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur.

Elamin Dibirov

Ucar Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə