Vaaqn Xaçatryan: “Reallığı qiymətləndirmək üçün illüziyalardan imtina etmək lazımdır”
Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan əmindir ki, hansı siyasi sistemin ideal olması illüziyalarından imtina etmək lazımdır. Onun sözlərinə görə, prezidentin işi hakimiyyətin bir neçə strukturlarından asılı olacaq. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçatryan bu barədə parlamentdəki çıxışı zamanı deyib. O, xatırladıb ki, sonuncu dəfə parlamentdə 1999-cu ildə çıxış edib. Lakin qanunverici orqan ölkənin idarəçiliyində böyük rol oynamaqdadır.
Prezidentliyə namizəd deyib ki, konstitusiyada qeydə alınmış normalar müəyyən mexanizmləri təşkil edir və bu, hakimiyyətin üç istiqamətində harmoniya yaradır.
“Bu sistemdəki əsas rolu prezidentlik institutu oynayır ki, həmin institut konstitusiyaya görə ölkə rəhbəri vəzifəsini icra edir”, deyən Vaaqn Xaçatryan əlavə edib ki, reallığı qymətləndirmək üçün illüziyalardan imtina etmək lazımdır: “Bu, onu anlamağa imkan verəcək ki, heç bir siyasi sistem ideal deyil – nə parlament, nə də prezidentlik. Bu institutlar öz üstünlükləri ilə bütün ölkələrdə çatışmazlıqlara malikdirlər”, deyə Xaçatryan bildirib.
Onun sözlərinə görə, əgər bu və ya digər ölkədə ardıcıl olaraq demokratik institutlar möhkəmlənmirsə, insan haqlarına hörmət göstərilmirsə, onda demokratiya inkişaf edə bilməz. Prezidentliyə namizəd bildirib ki, bütün bunlar hakimiyyətin üç budağından (baş nazir, parlament və prezident) asılı olacaq.
Xatırladaq ki, Xaçatryan prezidentliyə namizəd kimi hakim “Vətəndaş sazişi” partiyası tərəfindən irəli sürülüb. Müxalifət isə namizəd irəli sürməkdən imtina etməklə müzakirələrə qarşı boykot elan edib.
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan isə yanvarın 23-də istefası barədə məlumat verib. O, istefasının səbəbi kimi dövlətin idarəçiliyi üçün lazım olan səlahiyyətlərinin olmadığını, ona görə də daxili və xarici siyasətdəki proseslərə əsaslı müdaxilə edə bilmədiyini göstərib.
Fevralın 1-dən isə ölkə prezidenti vəzifəsini parlamentin spikeri Alen Simonyan icra edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB