Azərbaycan 44 günlük müharibədə bir daha öz əzimkarlığını,bir qarış torpağından keçməyəcəyini sübut etdi.Artıq silahla müharibə bitdi.Yeni dövr, diplomatik addımlar dövrü başlayır. Bu diplomatik addımların uğurlu səhifələrindən biri də fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında bağlanan “Müttəfiqlik Bəyyanaməsi” oldu. Bu Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Rusiya arasında əlaqləri daha da möhkəmləndirməyə xidmət edəcək. Rusiya 44 günlük müharibədə təmkinli davranışı, Ermənistanın çoxsaylı müraciətlərinə baxmayaraq ən yüksək səviyyədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisini işğaldan azad edilməsinə dəstək olması, bir daha əlaqələrin yüksək səviyyədə davam etdirilməsinə şərait yaradır. Müttəfiqlik sənədinin hazırlanması uzun sürən prosesdir. Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu Bəyannamə həmin yüksək keyfiyyətli əlaqələrin açarı hesab oluna bilər. Bu Bəyannamə bütün sahələrdə mədəniyyət, təhlükəsizlik və bir çox sahələri əhatə edir.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,sərhədlərin toxunulmazlığına, bir-birinin daxili işlərinə qarışmamaq,qarşılıqlı fayda, güc tətbiq etməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürülür. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqdır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinəyatkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu Bəyannamə Azərbaycan tarixində yeni bir dönüş nöqtəsi olacaq. Müharibədən sonra iqtisadi və digər sahələrin inkişafına çox böyük təkan verəcək.
Həcər İbrahimova
A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə