Deputat Xocalı soyqırımı ilə bağlı müraciət edib

Deputat Xocalı soyqırımı ilə bağlı müraciət edib

Ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik -vandalizm aktları törətmişlər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir.

Biz hətta zaman-zaman Ermənistanın siyasi liderlərinin, ictimai xadimlərinin bu kimi vəhşi əməllərlə fəxr etdiklərinin şahidi oluruq. Zori Balayanın kitabında qeyd etdiyi faktları bu gün də hər bir Azərbaycan vətəndaşı yaxşı xatırlayır.

Bu bir reallıqdır ki, bu millətin bütün “milli qəhrəmanları” hamısı cinayətkar və uşaq qatilləridir. Ermənistanın paytaxtında bu cür “qəhrəman”lara heykəl qoyulub. Budur erməni xalqının mahiyyəti. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur, Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir.

Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın bu dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır. Burada beynəlxalq təşkilatların üzərinə də ciddi vəzifələr düşür.

Dağlıq Qarabağda Azərbaycan xalqına dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində hazırda dövlətimiz tərəfindən böyük işlər görülür. İlkin olaraq dəymiş maddi ziyanın qiymətləndirilməsi istiqamətində işlər həyata keçirilir. Paralel olaraq mənəvi ziyana görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində işlər gedir.

Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Ermənistanın özünə gəlməsi üçün uzun illər lazım olacaq. Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.

Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır.

Bu gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin tarixinə faciə kimi yazılmış bu hadisənin dünyaya çatdırılması və tanıdılması istiqamətində çoxsaylı işlər görülməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə