XOCALI 30 - “RUHLAR ÖLMƏZ, ƏDALƏT İTMƏZ” TƏHLİL

XOCALI 30 - “RUHLAR ÖLMƏZ, ƏDALƏT İTMƏZ” TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq”

Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşımda "Ruhlar ölməz, ədalət itməz" sözləri qeyd olunub. Bəli, artıq nə ruhlar ölüb, nə də ədalət itib. Bu gün işğalçı və təcavüzkar Ermənistanın niyyəti baş tutmadı. Xalqımız 44 günlük müharibədə öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

“AZƏRBAYCAN GÜCLÜ DÖVLƏT KİMİ HEÇ VAXT İMKAN VERMƏZ Kİ, BİR DAHA ERMƏNİ FAŞİZMİ BAŞ QALDIRSIN”

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirdi ki, erməni faşizminə bundan sonra istəklərinə nail olmağa imkan verilməyəcək: «Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli-praktiki addımlar atır».

Böyük rus şairi A.S.Puşkin uzaqgörənliklə ermənilər haqqında” sən kölə, sən oğru, sən ermənisən" fikrini söyləmişdir. Həmin fikir bu gün də tam təsdiqini tapır. Və bu gün torpaq oğruları olan bu kölələrə igid və qəhrəman oğullarımız 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldı və onlara yerini göstərdi.

BU BƏŞƏRİ CİNAYƏT CƏZASIZ QALMAMALIDIR

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda XX əsrin sonlarında insanlığa qarşı ən böyük cinayəti törətdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutdu. Yaşayış məntəqəsində qalan təqribən 2500 nəfər Ağdama çatmaq ümidi ilə Xocalını tərk etdi. Amma onlardan 613-ü qətliamın qurbanına çevrildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən tərəfindən yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150-si itkin düşdü.

Qeyd edək ki, 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da şəhərin strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı həm də qədim insanların məskunlaşdığı yerdir. İşğaldan əvvəl şəhərdə toxuculuq fabriki, 2 orta və 2 natamam məktəb var idi. İndi onlardan əsər-əlamət yoxdur. Ən dəhşətlisi də o idi ki, ermənilər Xocalıları xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirmişlər. Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor S.Ohonynın (Ermənistanın eks-müdafiə naziri) komandalığı altında 366-cı alayın 2-ci batalyonu, Y.Nabokivinin komandalığı ilə 3-cü batalyonu, qərargah rəisi V.Çitçyan olan 1-ci batalyonu və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak etmişdir. Onlar misilsiz qəddarlıq nümayiş etdirirdilər. Amansızlıqla qətlə yetirilənlərdən 56 nəfəri diri-diri yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmış, baş və aşağı ətraflarının dərisi soyulmuşdur. Erməni ideoloqları bu qətillərdən, qəddarlıqlardan sevinclə söhbət açırlar. Onların xaç atalarından sayılan Zori Balayan 1996-cı ildə yazdığı "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən qəhrəman əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına qoydu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şey daha 3 türk uşağına etdik. Mən ixtisasca həkiməm. Humanist peşə sahibi olduğum üçün mən belə hərəkət etməməliyəm, ancaq mən erməniyəm və bir erməni kimi öz vəzifəmi yerinə yetirirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək".

Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insanı qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır. Bunu Ermənistanın eks prezidenti Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: "Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipu qırmağa nail olduq". Deməli, bu amansız qırğın bilərəkdən, vahimələndirmə aktı kimi planlaşdırılmışdır. İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını ancaq Serj Sarkisyan və onun kimilər bacarardı. Çünki onların damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qanicənin, türk düşməninin qanı axır. Bütün bunlardan sonra dünya ictimaiyyətinin erməni vəhşiliyinə göz yumması, Qərbin nə qədər ikiüzlü və iyrənc siyasət yeritdiyini, demokratiya və insan haqları adı altında milli, dini ayrı-seçkiliklə məşğul olduğunu bir daha sübut edir.

MƏHZ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XALQIN TƏKİDLİ TƏLƏBİ İLƏ HAKİMİYYƏTƏ QAYIDIŞINDAN SONRA XOCALI SOYQIRIMINA SİYASİ-HÜQUQİ QİYMƏT VERİLDİ

Xatırlatmaq lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarları təfsilatı ilə açıqlandı. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il respublikamızın ərazisində fevralın 26-sı saat 17:00-da 1 dəqiqəlik sükut həyata keçirilir.

Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. 2008-ci il fevralın 6-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının Xətai prospektində “Ana fəryadı” abidəsi ucaldılmışdır. Ölkə başçısının 18 yanvar 2022-ci il tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” imzaladığı sərəncam bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, filmlər, materiallar nümayiş etdirilir. Bu işdə Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Bu baxımdan, fondun Prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, UNESKO və İESEKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələri xüsusi xatırlatmaq lazımdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Fondunun əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” kampaniyası ildən-ilə genişlənməkdədir. Aparılan bu səmərəli fəaliyyətin nəticəsidir ki, indiyənə qədər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Ruminya, Çexiya, İordaniya, Honduras və digər iyirmidən çox ölkənin parlamentləri, habelə ABŞ-ın 20 dən artıq ştatının qanunverici orqanı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanımışdır.

2018-ci ildə Heydər Əliyev Fondunun Təşəbbüsü ilə İstanbul şəhərinin Bağçalar rayonunda Böyük Dostluq Parkı açılmış və burada Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Bir sözlə, Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və dünya Xocalı faciəsi haqqında həqiqəti bilməli və onu unutmamalıdır. Bu bəşəri cinayət cəzasız qalmamalıdır. Prezident İlham Əliyev cənablarının dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə, xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: «Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir».

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə