YAP Ağsu rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir FOTOLAR
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı fevralın 16-də Telekommunikasiya Qovşağı, Pasarqışlaq, Bico, Ərəbuşağı, Yüksək Gərginlikli Elektrik Şəbəkə, Ülgüc ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. İclaslarda hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə də baxılıb. Laçın Kazımov Telekomunukasiya Qovşağı ərazi partiya təşkilatının sədri, Təvəkkül Abdulov sədr müavini, Elsahab Xəlilov Pasarqışlaq ərazi partiya təşkilatının sədri, Azər Xəlilov sədr müavini, Bəhlul Mahmudov Bico ərazi partiya təşkilatının sədri, Ayət Abasov sədr müavini, Balafəndi Fərəcov Ərəbuşağı ərazi partiya təşkilatının sədri, İsa Söhbətov sədr müavini, Vahid Həsənov Yüksək Gərginlikli Elektrik Şəbəkə ərazi partiya təşkilatının sədri, İlkin Şiraliyev sədr müavini, Sehrab Əhmədov Ülgüc ərazi partiya təşkilatının sədri, Vasif Kazımov sədr müavini seçiliblər.
Yığıncaqlarda YAP-ın VII qurultayında partiya pəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə partiya fəallarına məlumat verilib.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB