Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması qaçınılmazdır - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması qaçınılmazdır - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması üçün hazırda xüsusi layihələr həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı həmçinin dəmir yolu xətti inşa olunur: "Artıq Azərbaycan ərazisində bu proses davam etdirilir. Ermənistan ərazisində bu proses bu il ərzində başlanılmalıdır. Eyni zamanda dəmir yolunun inşasına paralel olaraq avtomobil yolu da inşa olunmalıdır. Təəssüflər olsun ki, hələ ki, Ermənistan tərəfindən bununla bağlı hər hansı bir görülən iş yoxdur. Ümid edirik ki, bu işlər dəmir yolunun çəkilməsi ilə paralel olaraq aparılacaq. Bütün bu infrastruktur layihələri həyata keçdikdən sonra əlbəttə ki, kommunikasiyalar açılmalıdır. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın 9-cu bəndində konkret olaraq göstərilir ki, kommunikasiyalar açılmalıdır və Azərbaycanın qərbi rayonları Naxçıvan Muxtar Respublikası ilə birləşməlidir. Eyni zamanda üçtərəfli komissiya öz işini davam etdirir. Düşünürəm ki, yaxın gələcəkdə bu komissiya yenidən toplanacaq. Bütün bu gedən proseslər ondan xəbər verir ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması qaçınılmazdır. Çox güman ki, yaxın bir iki il ərzində biz bütün bunların bəhrəsini görəcəyik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə