YAP Ağsu rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib
YAP Ağsu rayon təşkilatının Daşdəmirbəyli, Nəmirli, Ərəbsarvan, Hacıqədirli ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın ötən dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, təşkilatdakı Yeni Azərbaycan Partiyasının üzvləri rayon tədbirlərində fəal iştirak edirlər. Hesabat məruzəsi ətrafında çıxışlar olunub və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra ərazi partiya təşkilatlarına yeni sədr və müavinlər seçilib.
Yığıncaqlarda çıxış edən rayon təşkilatının əməkdaşları yeni seçilmiş rəhbərliyi təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiya fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB