Son 200 ildə Rusiya Ermənistanda güclü mövqelər yaradıb - POLİTOLOQ ŞƏRH ETDİ

Son 200 ildə Rusiya Ermənistanda güclü mövqelər yaradıb - POLİTOLOQ ŞƏRH ETDİ

"Paşinyanın qərb dairələri tərəfindən hakimiyyətə gətirilmiş bir şəxs olduğunu nəzərə alsaq, təbii ki, onun özbaşına hərəkət etmək icazəsinin olmadığını, ona təlimatın tabe olduğu güc mərkəzləri tərəfindən ötürüldüyü aydındır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, ilk növbədə Qərb Ermənistanın Rusiyadan uzaqlaşıb onun müttəfiqi olan Türkiyə ilə yaxınlaşmasını təşviq etməklə Ermənistan üzərində öz təsirini artırmaq istəyir: "Onlar bilirlər ki, kiçik xalqdırlar və müstəqil yaşaya bilməzlər, himayəçisi lazımdır. Bəziləri himayəçisi kimi Rusiyanı, bəziləri isə Qərbi görür. Qərbi görən ermənilər həm də Türkiyəni görürlər. Çünki Türkiyə amilini də inkar edə bilmirlər. Lakin dərin və əhatəli yaxınlaşma yaxın illərdə olmayacaq.

Paşinyan Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa nail ola bilməyəcək. Buna görə də demək olar ki, Ermənistanın Türkiyə ilə əlaqələri sağlamlaşmayacaq və Qərblə də münasibətləri istənilən səviyyədə irəliləməyəcək. Bunun bir sıra mühüm səbəbləri var. Əsas səbəb odur ki, Rusiya Ermənistandan çox güclüdür. Son 200 ildə Rusiya Ermənistanda güclü mövqelər yaradıb. Türkiyə isə uydurma 1915-ci il mövzusuna görə ermənilərdə xof, qorxu yaradır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə