Bəzi dövlət məmurları qanunsuzluğa yol verir - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövlət başçısının yerli telekanallara verdiyi müsahibədə korrupsiyaya qarşı mövqeyi və məmurların vəzifədə şəffaf işləməsini önə çəkməsi xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, lakin vəzifədən sui-istifadə edənlər var ki, bu da təbii olaraq, xalqın narazılığına səbəb olur: "Dövlət başçısı bununla da dövlət sistemində aparılan islahatlar və şəffaflığın təmini istiqamətində bundan sonrada siyasəti davam etdirəcəyini bildirdi. Bu prosesdə əyriliyə yol verənlərə qarşı həbs cəzalarının olacağını dedi.

Prezidentin bu çıxışıdan o qənaətə gəlmək olur ki, deməli yenə də bəzi dövlət məmurları qanunsuzluğa yol verir. Fikrimcə, mütləq bu sahədə təsadüfi şəxslər olmamalıdı. İşini bilən dövlətə bağlı olan layiqli şəxslər vəzifəyə təyin olunmalıdı".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...