“Human Rights Watch” təşkilatının cılız yanaşması Azərbaycanı maraqlandırmır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Human Rights Watch” təşkilatının cılız yanaşması Azərbaycanı maraqlandırmır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"“Human Rights Watch” təşkilatı və onun kimi bir çox qərb təsisatları və inustutları öz qərəzli yanaşmaları ilə ilk dəfə deyil ki, hesabatlar yayırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, artıq biz uzun müddətdir ki, bu təşkilatın və buna bənzər təşkilatların sırf Azərbaycana qərəzli yanaşmalarının şahidi oluruq: "Bilirik ki, bu təşkilat erməni lobbisinin ciddi təsiri altındadır. Bu kimi qəbuledilməz məsələlər də çox təəssüf ki, belə təşkilatların ana xəttini təşkil edir. 44 günlük qələbəmiz bir çoxlarının yuxusunu ərşə çəkib. Bir çox qüvvələr, dövlətlər narahat olub. Lakin Azərbaycanın uğurlarını bu gün bütün dünya görür. Ciddi təşkilatlar dünyanın qəbul etdiyi böyük təşkilatlar öz hesabatlarında Azərbaycanın uğurlarını qeyd edirlər. Belə cılız yanaşmalar ümumiyyətlə bizi maraqlandırmır. Azərbaycan öz inkişaf yolundadır və bu kimi bəyanatlara yalnız təəssüf etmək olar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə