YAP Ağcabədi rayon təşkilatının yığıncağı keçirilib

Ağcabədi rayonunun Bayraq muzeyində YAP Ağcabədi rayon təşkilatı ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə yığıncağı keçirilib.

Yığıncağı YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açaraq, Yeni Azərbaycan Partiyası üzvlərinin üzvlük haqlarının məbləği və ödənilməsinin yeni qaydası ilə əlaqədar məlumat verib və cari ilin yanvar ayından başlayaraq, ilk təşkilatların öz işlərini yeni Qaydaların tələbləri əsasında qurmağı tövsiyə edib.

Yığıncaqda həmçinin, 2021-ci ildə ərazi ilk təşkilatları tərəfindən üzvlük haqlarının ödənilməsi, YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi sahəsində görülən işlər və cari məsələlər müzakirə edilib.

Rövşən Əhmədov iclasın sonunda 2022-ci ildə ərazi ilk təşkilatlarının öz fəaliyyətlərini Yeni Azərbaycan Partiyasının VII Qurultayının qarşıya qoyduğu tələblər, həmçinin YAP Mərkəzi Aparatının tövsiyələri əsasında həyata keçirməyi və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar bütün ərazi ilk partiya təşkilatlarında tədbirlərin keçirilməsi barədə tapşırıq verib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə