Zərifə Əliyeva adına məktəbin bir qrup müəllimi təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında Sərəncam verib.
Sərəncamla Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər:
“Dostluq” ordeni ilə
Antonenko Valentina Sergeyevna
“Tərəqqi” medalı ilə
Çumak Alla Mixaylovna
Krılaç Yuliya Anatoliyevna.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB