“60 tengenlik bir qaz qiyməti 120-ə qalxsa da yeni qəbul olunmuş qərarla bu, 50 tengen ilə müəyyənləşdirildi”
Hər ilin əvvəllində müxtəlif dövlətlərdə müəyyən qarşıdurmalar baş verir. Son illərdə isə ilin əvvəllində Qasım Süleymaninin öldürülməsi, ötən ilin 7 yanvar tarixində ABŞ-da baş vermiş qarşıdurmaları buna misal göstərmək olar. Bu il isə Mərkəzi Asiyada bu proseslər cərəyan etdi. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, “bunların arasında bir üzvü bağlılıq varmı, yoxmu ?” sualına cavab verməkdə bir qədər çətinlik çəkirik: “Ancaq müəyyən qədər paralellərin aparılması da məqbuldur. Digər tərəfdən Qazaxıstan Mərkəzi Asiya regionunda çox böyük bir əraziyə nəzarət edir. Mühüm geostrateji mövqeyi, geniş iqtisadi potensialı və karbohidrogen ehtiyatları olan bir ölkədir. Eyni zamanda SSRİ-nin dağılması fonunda Qazaxıstan müstəqilliyinə tranzit edən, problemi olmayan dövlətlərdən biri idi. Yəni qonşularla ərazi münaqişələri praktiki olaraq qeydə alınmamışdı. Eyni zamanda Qazaxıstan müstəqillik dövründə yalnız iqtisadi artım dinamikasına nail olmuş, iqtisadi priotetlərini müəyyənləşdirmişdir. Qazaxıstanın ilk prezidenti həm ölkənin beynəlxalq miqyasda tanınması, həm də ölkədəki investisiya mühitinin daha da dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərib. Burada maraqlıdır ki, regionda böyük güclər hesab olunan Çin və Rusiya iqtisadiyyatından daha çox Qərbin iqtisadi imkanları genişlənmişdir. Bu baxımdan Mərkəzi Asiyada Qərb üçün də maraq doğuran dövlət elə Qazaxıstan idi. Çünki həm Xəzəryanı, həm də mühüm geoiqtisadi potensialı olan bir dövlətdir. Qərb ədəbiyyatlarında da bu Qazaxıstanın yeri və rolu çox mühüm strateji bir komponent kimi dəyərləndirilir. Digər tərəfdən burada yalnız sosial narazılıq fonunda, qaz artımları fonunda hər hansısa münaqişənin atışmaların olmasını mən istisna edirəm. Təbii ki, yalnız tələblər qaz qiymətlərinin aşağı salınması idisə, hökumət minimal qiymətlərdən də daha aşağı bir addım atdı. Belə ki, 60 tengenlik bir qaz qiyməti 120-ə qalxsa da yeni qəbul olunmuş qərarla bu, 50 tengen ilə müəyyənləşdirildi. Digər tələblər sırasında isə Nursultan Nazarbayevin hakimiyyətdən getməsi var idisə, bu proses də icra olundu. Məhz bunu Tokayevin Nazarbayevə qarşı həmləsi kimi dəyərləndirən ekspertlər də var. Əslində bu prosesləri həm də ötən ilin sonunda Sanktpeterburqda keçirilmiş MDB dövlət başçılarının qeyri-formal sammitindən başladığını da ehtimal edənlər var. Eyni zamanda kiril əlifbasının latın əlifbasına keçidi ilə əlaqələndirənlər də çoxdur. Hərəsinin də öz həqiqət payı olduğunu da qeyd edə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB