Dövlət və cəmiyyət münasibətləri birbaşa konstitusiya ilə tənzimlənir - ŞƏRH EDİLDİ
"Azərbaycan dövlətinin təməlini insan amili təşkil edir. Konstitusiyamızın müddəasında da deyildiyi kimi hakimiyyət xalqa məxsusdur". Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, belə olan halda dövlət və cəmiyyət münasibətləri də birbaşa olaraq konstitusiya ilə tənzimlənir: “Eyni zamanda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həm ölkə daxilində, həm də ölkədən xaricdə birinci növbədə dövlətlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsi, Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, həyat şəraitinin yaxşılaşdırılması, ölkənin bütün təbəqələri arasında həmrəyliyin təmin olunmasına istiqamətlənmiş tədbirlərdir. Cəmiyyətin bütün fərdləri kimliyindən asılı olmayaraq ölkə Prezidentininin həyata keçirdiyi siyasəti dəstəkləyir”.
Millət vəkili sözlərinə davam edərək bildirib ki, hər kəs bizi Qarabağa qovuşdurduğu üçün Prezidentə sonsuz minnətdarlıqlarını bildirir: “Biz cəmiyyətin hər bir nümayəndəsinin ölkədə idarəetmə və idarəetmənin başında olan cənab Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdiyinin şahidi oluruq. Əlbəttə ki, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsasını bizim qanunlarımız təşkil edir. Eyni zamanda hər gün cənab Prezident tərəfindən imzalanan fərmanlar, sərəncamlar da bunun bariz nümunəsidir. Bütün bunların nəticəsidir ki, dövlət və cəmiyyət arasındakı münasibətlər normal formada, müsbətyönümlü olaraq tənzimlənir. Dövlət cəmiyyətin bütün fərdlərini, onların maraqlarını qoruyur və himayə edir.
Ölkədə həyata keçirilən sosial islahatların hər biri Azərbaycan vətəndaşına istiqamətlənib. Bu o deməkdir ki, bütünlüklə cəmiyyətə istiqamətlənib. Beləliklə Azərbaycan bu gün vətəndaş cəmiyyətinin yaradılmasında çox əhəmiyyətli addımlar atmış olan bir Qafqaz ölkəsidir. Hər gün bu münasibətlər daha da inkişaf edir. Cənab Prezident davamlı olaraq bütün məmurları, inzibati idarəetmə strukturlarını, ayrı-ayrı idarə və təşkilatları, nazirlikləri, onların rəhbərlərini xalqın yanında olmağa dəvət edir və bunun vacibliyini vurğulayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB